CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb

© AFP 2023 / EMMANUEL DUNANDsərhəd
sərhəd - Sputnik Azərbaycan, 1920, 09.01.2024
Abunə olmaq
Dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.
BAKI, 9 yanvar — Sputnik. Yanvar ayının 8-də saat 15:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan İslam Respublikası vətəndaşı 1999-cu il təvəllüdlü Süleyman Javed Masıh saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən məlumat verilib.
Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.
Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.
Xəbər lenti
0