SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan hakimiyyəti Fransa vətəndaşını casusluq ittihamı ilə saxlayıb - səfir

© AFP 2023 / ADEK BERRYDurbinlə müşahidə aparan əsgər
Durbinlə müşahidə aparan əsgər - Sputnik Azərbaycan, 1920, 09.01.2024
Abunə olmaq
Saxlanılan şəxsin atasının mətbuata verdiyi məlumata görə, o, yaxşı şəraitdə saxlanılır və vəkillə əlaqə saxlamaq imkanı var.
BAKI, 9 yanvar — Sputnik. Azərbaycan hakimiyyəti Fransa vətəndaşını casusluq ittihamı ilə saxlayıb. Bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva məlumat verib.
Həbs iki ölkə arasındakı gərginlik fonunda baş verib.
"Casusluq hərəkətləri etməkdə şübhəli bilinən Martin Rayan dekabrın 4-də saxlanılıb. Daha sonra məhkəmə onun 4 ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb", - səfir bildirib.
O qeyd edib ki, Rayanın həbsi ilə bağlı Fransanın Bakıdakı səfirliyinə şifahi məlumat verilib. Saxlanılan şəxsin atasının mətbuata verdiyi məlumata görə, o, yaxşı şəraitdə saxlanılır və vəkillə əlaqə saxlamaq imkanı var.
Dekabrın əvvəlində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Fransanı Cənubi Qafqazda Ermənistanı yeni müharibəyə təhrik etməməyə çağırıb. Oktyabrın əvvəlində Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının sədri Şarl Mişel ilə telefon danışığı zamanı bildirib ki, Cənubi Qafqazda hər hansı yeni münaqişə yaranarsa, bunun günahkarı Fransa olacaq. Ötən ilin sentyabrın sonunda Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Fransa Qarabağda separatizmi dəstəkləyir.
Fransanın Bakıdakı səfirliyinin iki əməkdaşı persona non-qrata elan edilib və onlardan 48 saat ərzində Azərbaycanı tərk etmələri tələb olunub. Fransa Azərbaycanın hərəkətlərinə cavab olaraq Azərbaycanın Parisdəki səfirliyinin iki əməkdaşına eyni statusu verib. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan xüsusi xidmət orqanlarının əlində fransız diplomatlarının Azərbaycan ərazisində törətdikləri cinayətləri təsdiqləyən sübutlar var, Parisdə isə Fransadan qovulmuş azərbaycanlı diplomatlarla bağlı analoji sübutlar yoxdur.
Xəbər lenti
0