DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Orban Avropa İttifaqı Şurasının müvəqqəti prezidenti ola bilər

© AP Photo / Olivier Matthys Viktor Orban
 Viktor Orban - Sputnik Azərbaycan, 1920, 08.01.2024
Abunə olmaq
Şarl Mişel yanvarın 7-də vəzifəsindən getməyi planlaşdırdığını açıqlayıb.
BAKI, 8 yanvar — Sputnik. Macarıstanın baş naziri Viktor Orban növbəti altı ay ərzində Avropa İttifaqı Şurasına sədrlik edə bilər.
Bu barədə "Politico" qəzeti yazıb.
Belçika mətbuatının yazdığına görə, iyunda Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirak etməyi planlaşdıran hazırkı sədr Şarl Mişel istefa verəcəyi təqdirdə Orban Avropa İttifaqı Şurasına rəhbərlik edə bilər. Avropa İttifaqı Şurasının rəhbəri səsvermədə qalib gələcəyi təqdirdə iyulun ortalarında yeni vəzifəyə keçəcək.
Eyni zamanda, Avropa liderləri vakant postun varisi ilə bağlı razılığa gəlməlidirlər. Əgər onlar bunu bacarmasalar, Orban qurumun müvəqqəti rəhbəri olacaq, çünki Macarıstanın Aİ Şurasına sədrlik növbəsi iyulda yetişəcək.
Qəzetin yazdığına görə, Macarıstanın baş naziri Aİ-nin Ukraynaya dəstəyinə qarşı çıxdığından, digər Aİ ölkələrinin liderləri belə ssenaridən yayınmağı planlaşdırırlar.
Xatırladaq ki, Şarl Mişel yanvarın 7-də vəzifəsindən getməyi planlaşdırdığını açıqlayıb. O, Avropa Parlamentinə seçilərsə, deputatlığı parlament fəaliyyəti ilə birləşdirilə bilməyəcəyindən hazırkı vəzifəsindən istefa verməli olacaq.
Xəbər lenti
0