Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Avropa ilə ticarət tənəzzülə uğrasa da Rusiya iqtisadiyyatı bundan zərər görmür

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidRubl və dollar əskinasları
Rubl və dollar əskinasları - Sputnik Azərbaycan, 1920, 08.01.2024
Abunə olmaq
Peskov Rusiya sərhədçilərinin bütün göstərişlərə əməl etdiyini, "sərhəd keçidinin qanuni hüququ olanlar tərəfindən istifadə edildiyini" və uydurulan ittihamların Moskva üçün qəbuledilməz olduğunu vurğulayıb.
BAKI, 8 yanvar — Sputnik. Rusiya ilə Avropa arasında qarşılıqlı ticarət tənəzzülə uğrayıb. Rusiyanın Finlandiya ilə sərhədinin bağlanması Aİ-nin düşünülməmüş siyasətinin bir hissəsidir, lakin bu, bizim iqtisadiyyatımıza zərər vermir.
Bunu Rusiya Federasiyası baş nazirininin müavini Viktoriya Abramçenko "RİA Novosti" agentliyinə müsahibəsində bildirib.
"Bu, Avropa Birliyinin düşünülməmiş siyasətidir və bizə heç bir zərəri yoxdur. Avropa ilə qarşılıqlı ticarətimiz sadəcə olaraq pisləşib, Finlandiya ilə qarşılıqlı ticarətimiz 1 milyon dollardan azdır", - deyə o, "Finlandiya ilə sərhədin bağlanmasının Rusiya məhsullarının digər ölkələrə tədarükünə necə təsir göstərə bilər" sualına cavab verib.
"Biz bundan dəqiq əziyyət çəkməyəcəyik; Finlandiya iqtisadiyyatı zərər görəcəkmi – bunu finlərdən soruşmaq lazımdır" - Abramçenko sözünü yekunlaşdırıb.
Qeyd edək ki, Finlandiya üçüncü ölkələrdən qaçqınların nəzarətsiz axını fonunda keçən il noyabrın 9-dan Rusiyadan girişə məhdudiyyətlər tətbiq etməyə başlayıb. Əvvəlcə üç cənub-şərq keçid məntəqəsində Rusiyadan velosipedlərin ölkəyə girişi qadağan edildi. Noyabrın 24-ü tarixinə cəmi bir operativ sərhəd məntəqəsi qalmışdı. Bu, ən şimaldakı Rayya-Joosepi keçid məntəqəsi idi. Noyabrın 30-da isə Rusiya ilə bütün quru sərhəd keçid məntəqələri bağlandı.
Bağlanma müddəti dekabrın 13-dək müəyyən edilmiş, dekabrın 14-də sərhəddən nəqliyyatın hərəkəti iki nöqtədə bərpa edilmişdi: Vaalimaa (Torfyanovka) və Niirala (Vyartsilya). Lakin elə həmin gün hökumət qərara yenidən baxaraq, 15 dekabr saat 20.00-dan (Moskva vaxtı ilə 21.00) yanvarın 14-dək keçid məntəqəsini yenidən bağlamaq qərarına gəlib. Rusiya ilə Finlandiya arasında quru sərhədi boyunca yeganə nəqliyyat əlaqəsi Vaynikkala keçid məntəqəsindən keçən dəmir yolu yükləri olaraq qalacaq.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Finlandiyanın Rusiya Federasiyası ilə sərhədindəki keçid məntəqələrinin bağlanmasını şərh edərkən qeyd edib ki, bu qonşu ölkənin liderlərinin hazırda əməl etməyə başladığı rusofob mövqe çox təəssüf doğurur. Peskov Rusiya sərhədçilərinin bütün göstərişlərə əməl etdiyini, "sərhəd keçidinin qanuni hüququ olanlar tərəfindən istifadə edildiyini" və uydurulan ittihamların Moskva üçün qəbuledilməz olduğunu vurğulayıb.
Xəbər lenti
0