Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Qoşunların şərti sərhəddən geri çəkilməsi niyə əlverişsizdir? Ekspertlər açıqladı

© AFP 2023 / EMMANUEL DUNANDNəzarət-buraxılış məntəqəsi, arxiv
Nəzarət-buraxılış məntəqəsi, arxiv - Sputnik Azərbaycan, 1920, 07.01.2024
Abunə olmaq
Politoloq Ermənsitanın təklifinin qəbul olunacağı təqdirdə mövqelərimizin yenidən atəşə tutulmayacağına şübhə ilə yanaşdığını ifadə edib.
BAKI, 7 yanvar - Sputnik. Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, qoşunların Ermənistan-Azərbaycan sərhədindən "güzgü prinsipi" ilə çıxarılması təklifi qüvvədə qalır. 2024-cü ilin ilk həftəsi tamam olmamış həm rəsmi Bakı, həm də İrəvan sülh sazişi ilə bağlı öz baxışlarını təqdim ediblər.
Bəs qoşunların geri çəkilməsi təklifi özündə nəyi ehtiva edir?
Mövzu ilə bağlı hərbi ekspert Ramil Məmmədli və politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a danışıb.
Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, qoşunların çəkilməsi Ermənistanın sülh danışıqları çərçivəsində təqdim etdiyi təkliflərdən biridir:

“Ermənistan şərti sərhədə sərhədçilərdən ibarət qoşun birləşmələrinin yerləşdirilməsini və digər qoşun bölmələrinin həmin ərazidən çıxarılmasını təklif edir. Əlbəttə, əgər münasibətlər normal olarsa, bu təklifin reallaşdırılması qənaətbəxş və məqsədəuyğun hesab edilə bilər. Lakin Ermənistan cəmiyyətində və dövlətində bir sıra qüvvələr Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edirlər. Belə olan təqdirdə Azərbaycanın öz təhlükəsizliyini mühafizə və müdafiə etməsi məsələsi önə çıxır”.

© Photo : AZƏRTACRamil Məmmədli
Ramil Məmmədli - Sputnik Azərbaycan, 1920, 07.01.2024
Ramil Məmmədli
Ekspertin sözlərinə görə, məsələyə hərbi-texniki aspektdən yanaşılsa, ordu birləşmələrinin həmin ərazilərdən çıxarılması böyük xərc tələb edir və ordu birləşmələri üçün yaradılmış infrastrukturun istifadəsiz qalması anlamına gəlir:

“44 günlük müharibədən sonra Azərbaycan Müdafiə Nazirliyi və digər güc strukturları həmin ərazilərdə infrastruktur layihələri icra ediblər. Bölgədə yeni hərbi hissələr, müşahidə məntəqələri qurulub. Bu, məsələnin hərbi texniki tərəfidir. Hərbi-strateji nöqteyi-nəzərdən Paşinyan istisna olmaqla, ondan sonra gələcək dövlət başçılarının mövcud vəziyyəti qəbul edəcəyinə zəmanət yoxdur”.

“Ermənistanda mövcud vəziyyət onu deməyə əsas verir ki, Paşinyandan sonrakı dövrdə sülh və əminəmanlığın mövcud olacağı sual doğurur. Məhz bu amil Azərbaycanı Ermənistanın təklif etdiyi addımdan çəkinməyə vadar edir. Ermənistan isə vəziyyətdən maksiumum şəkildə bəhrələnməyə çalışır. Ermənistan məğlub tərəf olduğu üçün Azərbaycana sülh sazişi ilə bağlı hər hansı şərt qoya bilməz. Ermənistan etibarlı qonşu deyil. Sərhədin mühafizəsinin yumşaldılmasına getmək hazırkı şəraitdə təhlükəlidir. Düşünürəm ki, qarşıdan gələn dövrdə də bu vəziyyət dəyişilməyəcək, Ermənistanın bu şərtləri qəbul edilməyəcək”, - deyə Ramil Məmmədli fikirlərini yekunlaşdırıb.
Politoloq İlyas Hüseynov hesab edir ki, Ermənistan tərəfi uzun müddətdir ki, şərti sərhəddə qoşunların "güzgü prinsipi" ilə geri çəkilməsini təklif edir, ancaq bu, təklif olaraq da qalır:
“Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan şərti sərhəddə öz mövqelərini gücləndirmək, təhlükəsizliyini təmin etmək üçün uğurlu fəaliyyətlər icra edib. Bu, Azərbaycan ordusunun şəxsi heyətinin təhlükəsizliyinin təmin olunması üçün çox önəmlidir. Xüsusilə 2022-ci ilin sentyabr döyüşlərində bu, özünü bir daha göstərdi. Çüni aramsız hərbi siyasi təxribatlar müşahidə olunurdu. 2023-cü ildə Azərbaycan ərazisində separatçılığın kökünün kəsilməsi nəticəsində biz artıq silah səsləri eşitmirik”.
© Photo : From personal archives of the İlyas Huseynovİlyas Hüseynov
İlyas Hüseynov - Sputnik Azərbaycan, 1920, 07.01.2024
İlyas Hüseynov
Politoloq qeyd edir ki, "güzgü prinsipi" ilə geri çəkilmək təklifi Ermənistan tərəfinin Azərbaycana təsir etmək cəhdidir.

“Azərbaycan sülh sazişi ilə bağlı müddəaların bütünlüklə yerinə yetirilməsinin tərəfdarıdır. Reallıq odur ki, hələ də Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliklləri yerinə yetirməyib. Mən bunu deyərkən Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa kommunikasiyaların açılmamasını nəzərdə tuturam. Təbii ki, məsələ tək bununla bağlı deyil. Konseptual məsələlərdə tərəflər arasında razılığa gəlinsə də, Ermənistan kənar güc mərkəzlərinin təsirində olmasından dolayı proses uzanır. Belə bir şəraitdə Ermənistanın öz strateji maraqlarına hesablanmış tələblər irəli sürməsi yersiz və qəbuledilməzdir. Ermənsitanın təklifi qəbul olunarsa, bizim mövqelərimizin yenidən atəşə tutulmayacağına kim qaratiya verə bilər?!”, - deyə politoloq fikrini tamamlayıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0