Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lənkəranda yol qəzası zamanı üç nəfər xəsarət alıb

© Sputnik / Rahim MammadovQəza yerində
Qəza yerində - Sputnik Azərbaycan, 1920, 06.01.2024
Abunə olmaq
Faktla bağlı araşdırma aparılır.
BAKI, 6 yanvar - Sputnik. Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.
Hadisə axşam saatlarında Ələt-Astara magistralında qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı minik avtomobili "Ford"la toqquşub.
Qəza nəticəsində Astara rayonunun Çayoba kənd sakinləri - 2004-cü il təvəllüdlü İlqar İlham oğlu Səfərzadə, 2006-cı il təvəllüdlü Şahlar Şahmar oğlu Əliyev və 2006-cı il təvəllüdlü Seydəmir Anar oğlu Quliyev xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0