Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ukrayna və Qərbi yaxın gələcəkdə ən pis xəbərlər gözləyir

© AFP 2023 / GENYA SAVILOVUkrayna
Ukrayna - Sputnik Azərbaycan, 1920, 05.01.2024
Abunə olmaq
Kiyevə maliyyə və hərbi yardım göndərilməsi üçün yeni tədbirlərin görülməsi “Kiyev rejiminin aqoniyasını gecikdirəcək.
BAKI, 5 yanvar — Sputnik. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Kiyevin hərbi planlarının iflasa uğraması fonunda Ukrayna və Qərb ölkələri yaxın gələcəkdə “ən pis xəbərlə” qarşılaşacaqlar.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
BMT Təhlükəsizlik Şurasının iclası zamanı Nebenzya vurğulayıb ki, Ukrayna hakimiyyətinin hərbi planlarının total fiaskosu istər-istəməz həm Ukraynanın özü, həm də himayədarları üçün mənfi nəticələrə gətirib çıxaracaq.
Eyni zamanda, onun fikrincə, Kiyevə maliyyə və hərbi yardım göndərilməsi üçün yeni tədbirlərin görülməsi bunun qarşısını almayacaq, əksinə, “Kiyev rejiminin aqoniyasını gecikdirəcək”.
O, Rusiya üzərində hərbi qələbənin Ukrayna üçün əlçatmaz hədəf olduğunu vurğulayıb. Diplomat qeyd edib ki, hazırda Kiyevin hətta döyüş bölgəsində vəziyyəti saxlamaq və üstəlik, münaqişədə öz xeyrinə dönüş nöqtəsinə nail olmaq üçün belə resursları yoxdur.
Bundan əvvəl Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Yeqor Çernev bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri ABŞ-ın dəstəyi olmadan şəhər və kəndlərə nəzarəti itirməyə başlayacaq.
Xəbər lenti
0