Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

TƏBİB: Masazırda eyvandan yıxılan 15 yaşlı qızla bağlı araşdırma aparılır

© Sputnik / Murad OrujovВакцинация сотрудников отельной индустрии в Азербайджане
Вакцинация сотрудников отельной индустрии в Азербайджане - Sputnik Azərbaycan, 1920, 04.01.2024
Abunə olmaq
Birgə konsiliumun nəticəsinə uyğun olaraq hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
BAKI, 4 yanvar - Sputnik. Abşeron rayonu, Masazır qəsəbəsi, Fizuli 49 ünvanından Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar hazırda müvafiq araşdırma aparılır.
TƏBİB-dən verilən xəbərə görə, araşdırmanın nəticəsinə uyğun olaraq aidiyyəti üzrə tədbirlər görüləcək.
"Zərurət yaranarsa, hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Abşeron rayonu üzrə bayram günlərində günlük normadan artıq müraciət qeydə alınıb. Bütün tibbi yardım briqadaları xidmətə cəlb olunub. Bildiririk ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin işi optimallaşdırılaraq təkmilləşdirilir. Xidmət keyfiyyətinin yüksəldilməsi üçün struktur optimallaşdırılması həyata keçirilir, cari ilin ilk aylarında proses tam yekunlaşacaq. Əlavə olaraq bildiririk ki, hazırda Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 15 yaşlı Ayan Aslanovaya EKQ, KT, ultrasəs və laborator müayinələri, uşaq cərrahının, torakal cərrahın, reanimatoloqun, travmatoloqun və neyrocərrahın baxışı təmin olunub.
Birgə konsiliumun nəticəsinə uyğun olaraq hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir", - açıqlamada deyilir.
Qeyd edək ki, sosial şəbəkə platformalarında dünən yeniyetmənin eyvandan yıxılması və bundan sonra Təcili Tibbi Yardım çağırıldığı halda çağırışa həkimin gəlmədiyinə dair məlumat yayılıb.
Xəbər lenti
0