CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yanvarın 3-də hansı əlamətdar hadisələr baş verib

© Sputnik / Elnur Salayev3 yanvar
3 yanvar - Sputnik Azərbaycan, 1920, 03.01.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 30 dekabr — Sputnik. Yanvarın 3-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəlib. Bu gün də tarixə düşən müəyyən hadisələr baş verib.
Yanvarın 3-də kimlər anadan olub?
Kövkəb Səfərəliyeva (1907-1985) - pianoçu, professor və Azərbaycan SSR xalq artistidir. 1937-ci ildə konservatoriyanın (indiki Bülbül adına məktəb) nəzdində orta ixtisas musiqi məktəbini yaradıb və onun direktoru olub (1937-1952). Bir sıra elmi-metodiki vəsaitlərin, dərsliklərin, musiqi haqqında məqalələrin müəllifi və fortepiano fortepiano üçün topluların tərtibçisidir.
Con Tolkin (1892-1973) - ingilis yazıçısı, dilçi, şair və filoloqdur. Ən böyük şöhrəti ona "yüksək fantaziya"nın klassik əsərləri qazandırıb.
Pola Neqri (1897-1987) - Polşa əsilli amerikalı aktrisası və səssiz kino dövrünün parlaq simvoludur.
Anna Mey Vonq (1905-1961) - amerikalı rəssamdır. O, şöhrət qazanan ilk Çin əsilli Hollivud aktrisasıdır.
Aleksey Staxanov (1905-1977) - rusiyalı mədənçi, kömür sənayesinin novatorudur. O, 1935-ci ildə öz qrupu ilə avqustun 30-dan 31-nə keçən gecə 5 saat 45 dəqiqə ərzində 102 ton kömür hasil etmişdir ki, bu da 14 kömür mədənçilərinin normasına uyğundur.
Rey Milland (1907-1986) - amerikalı aktyor və rejissordur. O, 1946-cı ildə "Ən yaxşı aktyor" nominasiyasında "Oskar" mükafatı laureatıdır.
Mel Gibson (1956) - amerikalı-avstraliyalı aktyor, rejissor, ssenarist və prodüserdir. O, "Cəsur ürək" dramının rejissorluğuna görə iki "Oskar" və "Qızıl Qlobus" mükafatı laureatıdır. Mel Avstraliya ordeninin fəxri zabitidir.
© AFP 2023 / MICHAL CIZEKMel Gibson, arxiv
Американский актер и режиссер Мел Гибсон - Sputnik Azərbaycan, 1920, 03.01.2024
Mel Gibson, arxiv
© AP Photo / Hassan AmmarMixail Şumaxer
Мик Шумахер - Sputnik Azərbaycan, 1920, 03.01.2024
Mixail Şumaxer
Yanvarın 3-də dünyada baş verən tarixi hadisələr
1804-cü ildə Gəncə xanı Cavad xan və onun oğlu Hüseynqulu xan general Tsitsianovun başçılığı altında Rusiya qoşunları ilə döyüşdə həlak olublar.
1857-ci ildə Rusiyada Kəndli İşləri üzrə Baş Komitə yaradılıb.
1961-ci ildə ABŞ Kuba ilə diplomatik əlaqələri kəsib. İki ölkə arasında münasibətlərin pozulması Fidel Kastro hökumətinin hakimiyyətə gəlməsindən demək olar ki, dərhal sonra başlayıb.
1977-ci ildə "Apple" şirkətinin ilk kompüteri istehsal edilib. Kaliforniya ştatının Kupertino şəhərində kiçik bir şirkət quran həvəskarlar Stiv Cobs və Stiv Voznyak çox lakonik "Apple 1" adı ilə olan öz kompüterlərinin ilk partiyasını satışa çıxarıblar.
1993-cü ildə Moskvada Rusiya ilə ABŞ arasında strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması haqqında saziş imzalanıb.
2018-ci ildə Çinin "Çanqe-4" avtomatik planetlərarası stansiyası tarixdə ilk dəfə olaraq Ayın orbit tərəfinə yumşaq eniş edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0