DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rəisi Ərdoğanla görüşmək üçün Türkiyəyə gedir

© AP Photo / Vahid SalemiTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi - Sputnik Azərbaycan, 1920, 03.01.2024
Abunə olmaq
Rəisi Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş keçirəcək, ardınca iki prezidentin sədrliyi ilə İran-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının səkkizinci iclası keçiriləcək.
BAKI, 3 yanvar - Sputnik. İran prezidenti İbrahim Rəisi türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanın dəvəti ilə yanvarın 4-də Ankaraya səfər edəcək. Bu barədə İRNA xəbər verir.
Rəisi Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş keçirəcək, ardınca iki prezidentin sədrliyi ilə İran-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının səkkizinci iclası keçiriləcək.
Görüşdən sonra prezidentlərin birgə mətbuat konfransı keçirəcəyi də planlaşdırılır.
Bu formatda əvvəlki iclas 2022-ci ildə prezident Ərdoğanın Tehrana rəsmi səfəri zamanı baş tutub.
Qeyd edək ki, İran liderinin səfəri 2023-cü ilin noyabrında baş tutmalı idi, lakin səfər təxirə salınır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0