DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İranda baş verən partlayışda ölənlərin sayı 103-ə çatıb – YENİLƏNİB

© AFP 2023 / ATTA KENARE İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin ölümünün ildönümü ilə əlaqədar matəm yürüşləri
 İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin ölümünün ildönümü ilə əlaqədar matəm yürüşləri - Sputnik Azərbaycan, 1920, 03.01.2024
Abunə olmaq
iranlı general, SEPAH xüsusi təyinatlı qüvvələrinin komandanı Qasim Süleymani 2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ-ın Bağdad Beynəlxalq Hava Limanı ərazisində həyata keçirdiyi əməliyyat nəticəsində öldürülüb.
BAKI, 3 yanvar — Sputnik. İranın cənub-şərqindəki Kirman şəhərində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) generalı Qasım Süleymaninin vəfatının dördüncü ildönümü ilə bağlı matəm yürüşləri zamanı baş verən partlayışlar nəticəsində ölənlərin sayı bir daha açıqlanıb. RİA Novosti İranın Gənc Jurnalistlər Klubu (YJC) agentliyinə istinadən xəbər verir ki, ölənlərin sayı 103 nəfərə çatıb, daha 141 nəfər yaralanıb.
İranın Tasnim agentliyinin verdiyi məlumata görə, partlayışlar uzaqdan həyata keçirilib: iki partlayıcı çanta Kirman şəhərində qəbiristanlığın girişinin yaxınlığında olub.

“Kirman fövqəladə hallar xidmətinin rəhbəri bildirib ki, bu gün axşam saatlarında Gülzari-şəhidə (qəbiristanlığa - red.) gedən yolda baş verən terror aktı zamanı partlayış nəticəsində bir neçə […] qurbanın ölümündən sonra ölənlərin sayı artıb, 103 nəfərə çatıb, yaralananların sayı 141 nəfərdir, onlardan bəzilərinin vəziyyəti ağırdır”, - deyə məlumatda bildirilir.

***
İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin ölümünün ildönümü ilə əlaqədar matəm yürüşlərinin keçirildiyi qəbiristanlığın yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb, daha 170 nəfər yaralanıb. Bu barədə RİA Novosti İranın dövlət agentliyi İRNA-ya istinadən məlumat yayıb.
Bundan əvvəl İran mediası azı 53 nəfərin öldüyünü, daha 71 nəfərin yaralandığını bildirmişdi.
İranın Tasnim agentliyinin verdiyi məlumata görə, partlayış uzaqdan həyata keçirilib: iki partlayıcı çanta Kirman şəhərində qəbiristanlığın girişinin yaxınlığında olub.

“Hazırda Kermanda törədilən terror aktı nəticəsində 73 nəfər ölüb, 170 nəfər yaralanıb”, - deyə məlumatda bildirilir.

***
İran İslam İnqilabı Keşikçiləri Korpusu generalı Qasım Süleymaninin ölümünün ildönümü münasibətilə matəm yürüşlərinin keçirildiyi qəbiristanlığın yaxınlığında partlayışa səbəb olan iki bomba torbalara qoyularaq uzaqdan işə salınıb. Bu barədə RIA Novosti İranın Tasnim dövlət agentliyin' istinad'n məlumat yayıb.

“Kirmandakı qəbiristanlıqdakı Gülzar məqbərəsi binasının girişində bomba olan iki çanta olub ki, bu hadisənin səbəbkarları uzaqdan quraşdırılmış qurğu vasitəsilə onları partladıblar”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl İranın İRNA agentliyi Kirmanda qəbiristanlığın yaxınlığında partlayış baş verdiyini, bir neçə dəqiqə sonra isə agentlik Gülzar qəbiristanlığına gedən yolda ikinci partlayışın baş verdiyini bildirib.
İran mediasının məlumatına görə, partlayış nəticəsində ən azı 15 nəfər yaralanıb, azı 50 nəfər ölüb.
***
İranın Kirman şəhərində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, silahlı qüvvələrin elit bölmələri) generalı Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığa aparan yolda baş verən partlayış nəticəsində azı 20 nəfər ölüb. Bu barədə RİA Novosti IRIB dövlət televiziyasına istinadən məlumat yayıb.
“Hadisə nəticəsində ən azı 20 nəfər ölüb”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl İranın İRNA agentliyi Kirmanda qəbiristanlığın yaxınlığında partlayış baş verdiyini, bir neçə dəqiqə sonra isə agentlik Gülzar qəbiristanlığına gedən yolda ikinci partlayışın baş verdiyini bildirib. IRIB televiziyasının məlumatına görə, partlayış nəticəsində azı 15 nəfər yaralanıb.
2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ-ın Bağdad Beynəlxalq Hava Limanı ərazisində həyata keçirdiyi əməliyyat nəticəsində iranlı general, SEPAH xüsusi təyinatlı qüvvələrinin komandanı Qasim Süleymani və İraq şiə milislərinin rəis müavini Əbu Mehdi əl-Mühəndis öldürülüb.
Vaşinqtonda onların 2019-cu il dekabrın 31-də Bağdaddakı Amerika səfirliyinə hücumun təşkilində əli olduğu hesab edilir.
Buna cavab olaraq İran İraqdakı ABŞ bazalarına, o cümlədən Ayn Əsədə zərbələr endirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0