Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalıların əksəriyyəti yeni ildə maaş artımına ümid edir

© Sputnik / Павел БедняковMoskvada insanlar
Moskvada insanlar - Sputnik Azərbaycan, 1920, 02.01.2024
Abunə olmaq
Ölkənin bütün bölgələrində sorğuda iştirak edən 18 yaşdan yuxarı iki min rusiyalının 27 faizi də karyera yüksəlişinə ümid edir.
BAKI, 2 yanvar - Sputnik. Rabota.ru saytının araşdırmasının nəticələrinə görə, rusiyalıların yarıdan çoxu (56 faiz) 2024-cü ildə maaş artımını gözləyir.
Eyni zamanda, ölkənin bütün bölgələrində sorğuda iştirak edən 18 yaşdan yuxarı iki min rusiyalının 27 faizi də karyera yüksəlişinə ümid edir və 74 faizi artıq son bir ildə qazanclarını artırıb.
Yeni bir yüksəliş üçün nə etməyə hazır olduqlarına gəldikdə, respondentlərin 69 faizi əlavə təlim keçməyə və bacarıqlarını təkmilləşdirməyə, 43 faiz əlavə məsuliyyət və tapşırıqları öz üzərinə götürməyə razı olduğunu deyir və respondentlərin üçdə biri əlavə səy olmadan artıma layiq olduqlarını hiss edir.
Onların az hissəsi başqa şəhərə köçməyə, işdə gecikməyə, həftə sonları işə getməyə və müdirləri ilə dostluq etməyə razıdır. Respondentlərin 1 faizi komandadakı əhval-ruhiyyə barədə rəhbərliyə hesabat belə verməkdən çəkinmir.
NAFI analitik mərkəzinin məlumatına görə, 2024-cü ildə maaşları artacaq rusiyalılar daha çox 25-34 yaş arası gənc işçilər, dövlət qurumlarının işçiləri və 2023-cü ildə artıq artım almış şəxslərdir.
Xəbər lenti
0