CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial şəbəkə vasitəsilə İrandan narkotik sifariş edən şəxsə hökm oxundu

© State Border Service of Azerbaijan RepublicNarkotik, arxiv şəkli
Narkotik, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.01.2024
Abunə olmaq
İstintaq zamanı müəyyən edilib ki, 1995-ci il təvəllüdlü İsmayıl Əliyev əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunub.
BAKI, 2 yanvar — Sputnik. Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İsmayıl Əliyevə hökm oxunub.
Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, İ.Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq zamanı müəyyən edilib ki, 1995-ci il təvəllüdlü İsmayıl Əliyev əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunub. O, “İnstagram” sosial şəbəkəsi vasitəsilə narkotik vasitələrin internet üzərindən satışını həyata keçirən İran vətəndaşı, adını “İlyas” kimi təqdim edən şəxslə tanış olub.
Narkotik vasitələrin istifadəçisi olduğunu bildiyi üçün İlyas ona işləmək təklif edib. Həmin “İlyas” adlı şəxs onunla əlaqə saxlayıb külli miqdarda narkotik vasitə olan heroin göndərəcəyini, həmin narkotik vasitələri götürüb özündə saxlamasını və sonradan deyəcəyi vaxtda narkotik vasitələri nişan verəcəyi ərazidə yerləşdirərək həmin yerin şəkillərini çəkib göndərməsini, bunun müqabilində ona 500 manat pul verəcəyini bildirib.
Beləliklə, o, bu ilin yanvarında axşam saatlarında Qaradağ rayonu, Bakı-Qazax avtomobil yolunun 28-ci kilometrliyinə getmiş, orada İran İslam Respublikasının vətəndaşı “İlyas” adlı şəxsin və qeyrilərinin göndərdiyi külli miqdarda - 13 kq 68,8 qram çəkidə narkotik vasitə olan heroini bir ədəd sintetik kisədə gizlədildiyi yerdən götürüb qanunsuz olaraq üzərində saxlayaraq daşıyıb.
İ.Əliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində elə həmin gün saxlanılıb. Onun üzərinə baxış keçirilərkən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 13 kq 68,8 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
29.12.23, 14:13
İran indi də Azərbaycana narkotiki sosial şəbəkələr üzərindən satır
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları rayonun Xırdalan şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı Masallı rayon sakini Mircəlal Əkbərli saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış zamanı 2 kiloqrama yaxın psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
Araşdırmalarla müəyyən edilib ki, M.Əkbərli şəxsiyyət istintaqla araşdırılan İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərilən narkotikləri Xırdalan şəhərində satmaq məqsədi ilə qəbul edib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
15.12.23, 11:43
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsi İrandan Azərbaycana 15 kiloqramdan çox narkotik keçirmək istəyən İran vətəndaşını saxlayıb.
Bu barədə DSX-dən məlumat verilib. Bildirilib ki, dekabr ayının 14-də saat 15:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran İslam Respublikası vətəndaşı saxlanılıb.
Saxlanılan şəxsin üzərindəki bağlamaya baxış keçirərkən 15 kiloqram 600 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.
30.11.23
Noyabr ayının 29-da saat 17:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Yardımlı rayonunun Ərus kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə DSX məlumat yayıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 18 kiloqram 800 qram narkotik vasitə (10 kq 500 qr marixuana, 3 kq 750 qr metamfetamin, 4 kq 550 qr heroin) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
30.10.23, 22:24
Oktyabrın 28-də saat 21:43-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin Astara rayonu Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə gizlədilmiş ümumi çəkisi 52 kiloqram 875 qram narkotik vasitə və 9980 ədəd Metadon M-40 psixotrop tərkibli həb aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0