DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

65 il əvvəl itirilən pul kisəsi sahibinin ailəsinə qaytarıldı

© Sputnik / Elvin Ahmadpul kisəsi
pul kisəsi - Sputnik Azərbaycan, 1920, 02.01.2024
Abunə olmaq
Pul kisəsinin içində ağ-qara fotoşəkillər, 1959-cu ilin möhtəşəm "Chevrolet" avtomobilinin tirajında iştirak etmək üçün lotereya bileti olub.
BAKI, 2 yanvar - Sputnik. 1958-ci ildən itən pul kisəsi 65 ildən sonra qeyri-adi bir yerdə - Atlant kinoteatrının sanitar qovşağındakı bir vaxtlar şkafın olduğu divarın önündən tapılıb.
Bu barədə Rusiya mediası ABŞ-ın "New York Post" nəşrinə istinadən məlumat verib.
"Sanki mən zaman maşınını idarə edirəm" - deyə "Plaza Cinema"nın sahibi Kris Eskobar qeyd edib.
Köhnə Kinematoqraf binasında o, çox vaxt keçmiş dövrlərə aid əşyalar - məsələn, tozlu spirt şüşələri tapır. Ancaq pul kisələrinə bu vaxta kimi rast gəlinməyib.
Tozla örtülmüş pul kisəsinin içində ağ-qara fotoşəkillər və 1959-cu ilin möhtəşəm "Chevrolet" avtomobilinin tirajında iştirak etmək üçün lotereya bileti olub. Bundan əlavə pul kisəsində artıq mövcud olmayan univermaqlardan endirim kartları və gülünc qiymətlərlə benzin qəbzləri tapılıb. Sənədlərdən məlum olub ki, pul kisəsi Floy Kalbret adlı qadın tərəfindən itirilib.
Eskobar və onun həyat yoldaşı Nikol pul kisəsini itirən qadının ailəsini tapmaq qərarına gəlirlər. Sosial şəbəkələr vasitəsilə Floyun 71 yaşlı qızını tapmağa müvəffəq olurlar. Məlum olur ki, Floyun qızı Tea Çemberlen kinoteatrdan cəmi 20 dəqiqəlik məsafədə yaşayır.
Təsirlənən Tea Çemberlen etiraf edib: "Anam tez-tez əşyalarını itirirdi." Anasının pul kisəsini görən qadın xatirələrə dalır. Floyun qohumları - hətta onun kiçik nəvələri də həvəslə bu tapıntını görmək üçün gəliblər.
Xəbər lenti
0