Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xətai rayonunda iki mənzil yanıb, xəsarət alanlar var

© Photo : Ministry of Emergency SituationsYanğınsöndürən avtomobili
Yanğınsöndürən avtomobili - Sputnik Azərbaycan, 1920, 01.01.2024
Abunə olmaq
Hadisə yerinə çatarkən binaların həyətində park edilmiş avtomobillər yanğın texnikasının həyətə daxil olmasına maneə yaradıb.
BAKI, 1 yanvar - Sputnik. Xətai rayonunda baş verən yanğında iki mənzil yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin növbətçisi Ramazan Ramazanov deyib.
Onun sözlərinə görə yanğınla bağlı məlumat saat 00:10 radələrində daxil olub.
"Hadisə yerinə çatarkən binaların həyətində park edilmiş avtomobillər yanğın texnikasının həyətə daxil olmasına maneə yaradıb. Bu səbəbdən bir az ləngimə olmuşdur. Yanğın iyirmimərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində baş vermişdir. Üçotaqlı studiya mənzildə 2 otaq, mətbəx, dəhliz yanıb və bir otaq yanğından mühafizə edilib. Bundan əlavə 19-cu mərtəbədə yerləşən mənzilin plastik pəncərə çərçivəsi və 1 kvadratmetr döşəməsi yanmışdır. Yanğının söndürülməsinə Bakı Regional Qrupunun əməkdaşları da cəlb edilib. Bundan əlavə sakinlər təxliyyə edilib. Üç nəfər mühafizəçi tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib", - deyə qeyd olunub.
Saat 02:07
Bakının Xətai rayonundakı binada baş verən yanğında xəsarət alanlar var.
Üç bina mühafizəçisi tüstüdən zəhərlənib.
Həmin şəxslər əraziyə çağırılan təcili tibbi yardım briqadaları ilə xəstəxanaya aparılıb.
Xatırladaq ki, iyirmimərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində baş vermiş yanğın söndürülüb (APA).
Xəbər lenti
0