Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Oğuzda Şaxta baba Yeni il şənliyində ölüb

© Sputnik / Murad OrujovŞaxta baba, arxiv şəkli
Şaxta baba, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.01.2024
Abunə olmaq
O, Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
BAKI, 1 yanvar - Sputnik. Oğuzda Yeni il şənliyində Şaxta baba qismində çıxış edən 74 yaşlı kişi ölüb.
Hadisə rayon ərazisində keçirilən yeni il şənliklərindən birində baş verib.
Belə ki, Şaxta baba qismində çıxış edən Sincan kənd sakini, 1949-cu il təvəllüdlü Şahin Məhəmməd oğlu İsmayılovun halı pisləşib. O, Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 74 yaşlı Ş.İsmayılov əvvəllər mədəniyyət sahəsində çalışıb (Report).
Xəbər lenti
0