Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin rusiyalıların Yeni il bayramını Kremldən təbrik edib

© Sputnik / Алексей Майшев Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
 Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.12.2023
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putin başçısı bütün rusiyalı ailələrə 2024-cü ildə ən xoş arzularını çatdırıb.
BAKI, 31 dekabr – Sputnik. Rusiya Prezidenti Vladimir Putin ənənəvi Yeni il təbriki ilə Kremldən müraciət edib. Onu ilk görənlər artıq Yeni ilin yaxınlaşdığı Kamçatka və Çukotka sakinləri olub.

“Biz 2023-cü illə vidalaşırıq. O, tezliklə tarixin bir hissəsinə çevriləcək. Biz irəli getməliyik, gələcəyi yaratmalıyıq. Keçən il biz çox çalışdıq və çox şeyə nail olduq, ümumi nailiyyətlərimizlə fəxr etdik, uğurlarımıza sevindik və milli maraqlarımızı, azadlığımızı və təhlükəsizliyimizi, bizim üçün sarsılmaz dayaq olmuş və hələ də qalan dəyərlərimizi müdafiə etməkdə qətiyyətli olduq" - Putin bəyan edib.

O, vətəndaşlara müraciətində ümumi mənafeyə çalışmağın Rusiya cəmiyyətini birləşdirdiyini vurğulayıb.
“Biz dəfələrlə sübut etmişik ki, ən çətin problemləri həll edə bilərik və heç vaxt geri çəkilməyəcəyik, çünki bizi parçalayacaq, atalarımızın xatirəsini və inamını unutdura, inkişafımızı dayandıra biləcək heç bir qüvvə yoxdur” - prezident əlavə edib.
Dövlət başçısı bütün rusiyalı ailələrə 2024-cü ildə ən xoş arzularını çatdırıb.

“Qarşıdan gələn 2024-cü il ölkəmizdə “Ailə ili” elan edilib və əsl böyük ailə, təbii ki, uşaqların böyüdüyü, valideynlərə diqqət, hərarət və qayğının, bir-birinə sevgi və hörmətin hökm sürdüyü ailədir. Məhz bütün nəsillərin bu qohumluğundan, ata evinə məhəbbətdən Vətənə sədaqət doğulur və böyüyür” - Putin sözünə davam edib.

Bundan əlavə, o, xüsusi hərbi əməliyyatın döyüşçülərinə təşəkkür edib. Rusiya vətəndaşlarının onlarla fəxr etdiyini və onların cəsarətinə heyran olduğunu vurğulayıb.
Rusiya prezidentinin Yeni il müraciəti, təxminən 4 dəqiqə davam edib.
Xəbər lenti
0