Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Baş Dövlət Yol Polisi İdarəsi bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət edib

© Sputnik / Murad OrujovYol polisi, arxiv şəkli
Yol polisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.12.2023
Abunə olmaq
Qeyri-iş günlərində rayonlararası yollarda hərəkət intensivliyinin yüksələcəyi ehtimal olunur.
BAKI, 31 dekabr - Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi Bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
Müraciətdə deyilir: “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bütün yol hərəkəti iştirakçılarını ürəkdən təbrik edir, bayram günlərinin xoş əhvali-ruhiyyə ilə keçirilməsi üçün hər kəsi küçə və yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırırıq.
Qeyri-iş günlərində rayonlararası yollarda hərəkət intensivliyinin yüksələcəyi ehtimal olunur.
Mənzil başına sağ-salamat çatmağınız, bayramı xoş əhval-ruhiyyə ilə keçirməyiniz üçün səfərə çıxmazdan əvvəl avtomobilin texniki vəziyyətinə diqqət yetirməyi, yolboyu qaydalara ciddi riayət etməyi, sürücülərlə yanaşı sərnişinlərin də təhlükəsizlik kəmərlərini bağlamalarını, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi xahiş edirik.
Xəbər lenti
0