Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Rusiya klubları Lunyovla maraqlanır

© AFP 2023 / SVEIN OVE EKORNESVAGAndrey Lunyov, arxiv şəkli
Andrey Lunyov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.12.2023
Abunə olmaq
Premyer Liqa təmsilçiləri "Rubin" və "Rostov" qapı xəttini 32 yaşlı qolkiperlə gücləndirmək fikrinə düşüblər.
BAKI, 29 dekabr — Sputnik. Rusiyanın 2 klubu "Qarabağ"ın futbolçusu Andrey Lunyovla maraqlanır.
"Report" xəbər verir ki, bu barədə "inkazan.ru" məlumat yayıb.
Bildirilir ki, Premyer Liqa təmsilçiləri "Rubin" və "Rostov" qapı xəttini 32 yaşlı qolkiperlə gücləndirmək fikrinə düşüblər. Hər iki klub Lunyovla müqavilə bağlamaq imkanlarını nəzərdən keçirir.
Qeyd edək ki, Andrey Lunyovun "Qarabağ"la müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir. Rusiya millisinin üzvü ölkəsində son olaraq 2017-2021-ci illərdə "Zenit"in formasını geyinib.
Xəbər lenti
0