DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Belarus ŞƏT-ə üzv olmaq üçün zəruri olan parlament prosedurlarını başa çatdırıb

© AFP 2023 / GREG BAKERŞƏT ölkələrinin bayraqları
ŞƏT ölkələrinin bayraqları - Sputnik Azərbaycan, 1920, 29.12.2023
Abunə olmaq
ŞƏT-in hər hansı hüquqi beynəlxalq müqavilələrinə dəyişiklik etmək zərurəti yaranarsa, gələcəkdə Milli Assambleyanın iştirakı tələb oluna bilər.
BAKI, 29 dekabr — Sputnik. Belarus Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünün rəsmiləşdirilməsi üçün zəruri olan parlament prosedurlarını başa çatdırıb. Bunu Belarus xarici işlər nazirinin müavini Yevgeni Şestakov Milli Assambleyanın (parlament) Nümayəndələr Palatasının (aşağı palata) deputatlarına ğlkənin ŞƏT büdcəsinin formalaşdırılması və icrası qaydası haqqında sazişə qoşulması haqqında qanun layihəsini təqdim edərkən deyib.
"Bu konkret sənədi ratifikasiya etməklə biz faktiki olaraq üzv dövlət kimi qoşulmalı olduğumuz ŞƏT-in beynəlxalq müqavilələrinə ölkəmizin qoşulması ilə bağlı Belarus parlamenti səviyyəsində Belarus Respublikasının razılığının ifadə edilməsi mərhələsini başa vurmuş oluruq. Hazırda Milli Assambleyadan bu təşkilata qoşulmaq üçün əlavə qanunvericilik tədbirlərinə zərurət görmürük", - deyə xarici işlər nazirinin müavini bildirib.
O qeyd edib ki, ŞƏT-in hər hansı hüquqi beynəlxalq müqavilələrinə dəyişiklik etmək zərurəti yaranarsa, gələcəkdə Milli Assambleyanın iştirakı tələb oluna bilər.
"Beləliklə, deyə bilərik ki, 2023-cü ildə sizin sayənizdə Belarus Respublikası qanunvericilik fəaliyyətinin son mərhələsinə qədəm qoyduq", - nazir müavini deputatlara bildirib.
"Belarusun ŞƏT-ə üzv dövlət statusu almaq üçün öhdəlikləri haqqında memorandum ratifikasiya edilib, ŞƏT çərçivəsində fəaliyyət göstərən 29 beynəlxalq sənədə qoşulmaq üçün dövlətdaxili prosedurlar tamamlanıb, qətnamə layihəsi Nazirlər Şurasının daha 10 müqaviləyə və 1 banklararası sazişə qoşulmaq barədə qərarı hazırlanıb", - deyə Şestakov bildirib.
ŞƏT-in üzvləri Rusiya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır. 2015-ci ildən təşkilatda müşahidəçi statusuna malik olan Belarus üçün qəbul proseduru 2022-ci ildə Səmərqənddə başlayıb. Ehtimal olunur ki, üzvlük prosesi 2024-cü ildə Astanada keçirilməsi planlaşdırılan növbəti ŞƏT sammitinə qədər yekunlaşacaq.
Xəbər lenti
0