Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Bakıda Yolkaların qiyməti neçəyədir?

Abunə olmaq
Azərbaycan paytaxtının sakinləri üçün Yeni il bayramının əsas atributu olan Yolkanın qiyməti neçəyə başa gələcəyi haqqında daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında.
Hər kəs Yeni ili həmişə xüsusi bir əhval-ruhiyyə ilə qeyd etmək istəyir. Deyimlərə görə, Yeni ili necə qarşılasan, o cür də keçirəcəksən. Ancaq Yeni ilin əsas atributu - oyuncaqlarla bəzədilmiş Yolka olmadan bayram əhval-ruhiyyəsinin olması ehtimalı azdır. Azərbaycan əhalisi ənənəvi olaraq süni Yolka almağa üstünlük verir. Bu Yeni il bayramı atributunu demək olar ki, istənilən mağazada və ya bazarda almaq mümkündür.
Bakıda süni Yolkanı ölçüsündən asılı olaraq 50-150 manata, stolüstü dekorativ Yolkanı isə 5 manata və daha yüksək qiymətə almaq olar.
Dekorasiyalara gəlincə, rəngarəng işıqlar növündən və rəngindən asılı olaraq yeddi manat civarında satılır. LED işıqlar isə 30 manata başa gəlir.
Ucuz Yolka bəzəklərini 1,5 manata almaq olar, lakin onların orta qiyməti təxminən 5 manatdır. Bahalı Yolka bəzəkləri əldə etmək istəyənlər daha çox pul ödəməli olacaq, çünki onların qiyməti 30 manatdır.
Yolkaların və Yeni il bəzəklərinin qiymətləri ilə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0