Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Boqdanov Fələstin səfiri ilə Qəzzada humanitar vəziyyəti müzakirə edib - Rusiya XİN

© AP Photo / Hatem MoussaQəzza
Qəzza - Sputnik Azərbaycan, 1920, 28.12.2023
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, Fələstin anklavında əziyyət çəkən sakinlərə humanitar yardımın bundan sonrada da göstərilməsi diqqət mərkəzində saxlanılıb.
BAKI, 28 dekabr — Sputnik. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov Fələstinin Moskvadakı səfiri Əbdülhafiz Nofəl ilə görüş zamanı bildirib ki, Rusiya Qəzza zolağında qan tökülməsinin ezliklə dayandırılmasını davam etməyə hazırdır.
Bu barədə Rusiya diplomatik qurumundan məlumat verilib.

"Rusiya tərəfi Qəzza zolağında qan tökülməsinin tezliklə dayandırılması, eləcə də Fələstinin bütün siyasi qüvvələrinin Fələstin Azadlıq Təşkilatı (FAT) platformasında birləşməsi maraqları naminə güclü səyləri davam etdirməyə hazır olduğunu təsdiqləyib", - Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda bildirilib.

Rusiya diplomatik qurumu Moskvanın Fələstin-İsrail münaqişəsinin həllinin 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan, İsraillə sülh və təhlükəsizlik şəraitində yaşayan müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan iki dövlət prinsipinə sadiqliyini bir daha vurğulayıb.
"Fələstin anklavında əziyyət çəkən sakinlərə humanitar yardımın bundan sonrada da göstərilməsi diqqət mərkəzində saxlanılıb", - Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Xatırladaq ki, oktyabrın 7-də "Əl-Əqsa tufanı" əməliyyatı çərçivəsində Qəzza zolağından İsrail ərazisinə minlərlə HƏMAS qruplaşmasının daxil olması və burada həm hərbçilərə, həm də mülki şəxslərə atəş açmaqla 200-dən çox insanı girov götürməsi Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə səbəb olub. İsrail hakimiyyətinin son məlumatlarına görə, 1,2 minə yaxın insan həlak olub. Bura mülki şəxslər, əsgərlər, xarici vətəndaşlar və işçilər daxildir. Həmçinin toqquşma nəticəsində 5 mindən çox adamın yaralandığı da bildirilir.
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Bir neçə gün ərzində İsrail hərbçiləri Qəzza ilə sərhəd yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və zolaqdakı obyektlərə, o cümlədən mülki şəxslərə havadan zərbələr endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, ərzaq, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Oktyabrın sonunda anklavda İsrail əməliyyatının quru mərhələsi başlayıb. Qəzza şəhəri İsrail quru qüvvələri tərəfindən mühasirəyə alınıb, anklav isə faktiki olaraq cənub və şimal hissələrə bölünüb. Fələstin anklavının Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 7-dən Qəzzada həlak olanların sayı 20,9 mini keçib, 54 mindən çox insan yaralanıb.
HƏMAS Qəzza zolağında 200-250-yə yaxın girovun olduğunu iddia edib. Atəşkəs başa çatdıqdan sonra İsrail hakimiyyəti bildirib ki, HƏMAS girovluğunda 126 israilli və 11 əcnəbi qalıb, oğurlanan 110 nəfər isə sərbəst buraxılıb.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya Prezidenti Vladimir Putinin mövqeyinə görə, Yaxın Şərq böhranının həlli yalnız paytaxtı Şərqi Qüds olan 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş "iki dövlət" formuluna əsasən mümkündür.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun illər ərzində regionda gərginlik və döyüş mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən edib, lakin yalnız İsrail dövləti yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0