CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş Prokurorluğun sorğusu əsasında xarici bankdakı pulun üzərinə həbs qoyulub

© Sputnik / Murad OrujovManat və dollar əskinasları, arxiv şəkli
Manat və dollar əskinasları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.12.2023
Abunə olmaq
Bu yaxınlarda bir şəxsin xarici ölkə bankında olan 1 milyon 200 min manat məbləğin vəsaitinin müsadirə edilməsi ilə bağlı işlər görülüb.
BAKI, 27 dekabr — Sputnik. Xarici ölkələrdə olan əmlakların izlənməsi ilə bağlı Baş Prokurorluq tərəfindən işlər aparılır.
Bunu Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev qurumun sosial şəbəkədəki səhifəsində canlı yayımda deyib.
O bildirib ki, şəxsin cinayət yolu əldə etdiyi pulla xarici ölkədə aldığı əmlaklarla bağlı məhkəmə tərəfindən həbs qərarı çıxarılsa, o işlə bağlı Baş Prokorurluq tərəfindən sorğu göndərilir:
"Bu yaxınlarda bir şəxsin xarici ölkə bankında olan 1 milyon 200 min manat məbləğin vəsaitinin müsadirə edilməsi ilə bağlı işlər görülüb. Azərbaycan Baş Prokurorluğunun sorğusu əsasında həmin ölkənin məhkəməsi bu işə baxıb və həmin məbləğin üzərinə həbs qoyaraq geri qaytarılması ilə bağlı qərar qəbul edilib. Yaxın zamanlarda həmin məbləğin Azərbaycana geri qaytarılması təmin ediləcək".
Xəbər lenti
0