CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qanunsuz ov etdiyinə görə saxlanılan şəxsdən narkotik tapılıb

© AFP 2023 / RAIGO PAJULAOvçu, arxiv şəkli
Ovçu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.12.2023
Abunə olmaq
Ondan 1 ədəd ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovladığı adı Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına düşən Turac quşu və çöl dovşanı götürülüb.
BAKI, 26 dekabr — Sputnik. Salyanda qanunsuz ov etdiyinə görə saxlanılan Neftçala rayon sakinindən narkotik aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayonun Ərəbqardaşbəyli kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Neftçala rayon sakini M.Həsənovu saxlayıb. Ondan 1 ədəd ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovladığı adı Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına düşən Turac quşu və çöl dovşanı götürülüb.
Şəxsi axtarış zamanı M.Həsənovdan marixuana da aşkar olunub.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xəbər lenti
0