CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Yüksəliş” müsabiqəsinin keçirilməsinə vəsait ayrılıb

© Photo : REPORTÜçüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsinin açılışı
Üçüncü Yüksəliş müsabiqəsinin final mərhələsinin açılışı  - Sputnik Azərbaycan, 1920, 25.12.2023
Abunə olmaq
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etməlidir.
BAKI, 25 dekabr — Sputnik. Prezident İlham Əliyev 2024-cü ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2024-cü ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etməli, "Yüksəliş" müsabiqəsinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0