CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni il hədiyyə qutuları bayram sevincimizi gözümüzdə qoya bilər - FOTO - VİDEO

© Sputnik / Zulfiyya GuluyevaBayram yarmarkası, arxiv şəkli
Bayram yarmarkası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.12.2023
Abunə olmaq
Hazırda satışda qiyməti 100 manata yaxın yeni il hədiyyələri də var.
BAKI, 25 dekabr — Sputnik. Paytaxtda bayram ərəfəsi yeni il hədiyyələrinin satışına yenidən başlanılıb. Satışda ən baha yeni il hədiyyələrinin qiyməti 74 manat 59 qəpik, ən ucuzlarının qiyməti isə 4-5 manat civarındadır. Hətta bəzi şirkətlərin bahalı yeni il hədiyyələri endirimə də qoyulub. İri supermarketlərdən birində satıcı Sputnik Azərbaycan-a bildirib ki, bunun səbəbi alıcı azlığıdır.
Mağazalarda satıcılar bu il bayram ərəfəsində yeni il bağlamalarına elə böyük marağın müşahidə olunmadığını bildiriblər. Qeyd ediblər ki, alıcılar əsasən boş hədiyyə qutularını alaraq bayram hədiyyələrini özləri hazırlamağa üstünlük verirlər.
Əvvəlki illərlə müqayisədə bu il satışdakı yeni il hədiyyələrinin üzərində istehsalçı şirkət, hədiyyə bağlamasının istehsal tarixi və qutunun içərisindəki məhsullar barədə məlumatlar öz əksini tapıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hədiyyə bağlamalarının üzərində istehsalçı şirkət, istehsal tarixi barədə məlumat olsa belə, alıcılar mütləq hədiyyə qutularının içərisindəki məhsulların istehsal tarixinə də diqqət yetirməlidirlər. Birlik sədri bildirib ki, yeni il hədiyyələri uşaqlar üçün alındığından, onun içərisinə yığılan məhsulların keyfiyyətinə daha həssas yanaşılmalıdır.
© Sputnik / Murad OrujovEyyub Hüseynov, arxiv
Председатель Союза свободных потребителей Эюб Гусейнов - Sputnik Azərbaycan, 1920, 25.12.2023
Eyyub Hüseynov, arxiv

"Alıcılar balacaları sevindirmək məqsədilə yeni il hədiyyəsi alarkən ilk növbədə qutunun üzərində istehsalçı şirkətin adı, ünvanı, telefon nömrəsinin qeyd olunmasına diqqət yetirsinlər. Daha sonra hədiyyə bağlamasının nə vaxt istehsal edildiyinə baxsınlar. Amma bu, yeni il hədiyyə qutularının içərisindəki məhsulların keyfiyyətli olduğuna tam əsas vermir. Çünki, bəzən istehsalçılar ucuz başa gəlməsi üçün vaxtı keçmiş məhsulları hədiyyə qutularına yığırlar. Ona görə də hədiyyə qutularının içərisindəki məhsulların da istehsal tarixinə diqqətlə yanaşılmalıdır", - deyə Eyyub Hüseynov bildirib.

Birlik sədri onu da bildirib ki, əvvəlki illərdə AİB-ə yeni il hədiyyə qutularının içərisindən çıxan qida məhsullarından zəhərlənmə və sair səbəblərlə bağlı şikayətlər daxil olub.
© Sputnik / Zulfiyya GuluyevaBayram yarmarkası, arxiv şəkli
Bayram yarmarkası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.12.2023
Bayram yarmarkası, arxiv şəkli
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə Sputnik Azərbaycan-a bildirilib ki, hədiyyə qutularını mağazalardan, yarmarkalardan və digər rəsmi satış yerlərindən almaq məsləhət görülür. Həmçinin bilmək lazımdır ki, belə qutuların üzərində göstərilən tarix içərisindəki məhsulların deyil, qutuların qablaşdırılma tarixidir.
Ona görə də, istehlakçılara hədiyyə qutuları alarkən içərisindəki qida məhsullarının aydın və oxunaqlı şəkildə etiketlənməsinə, istehsal tarixinə, adına, əmtəə nişanına, xalis çəkisinə, qida dəyərliliyinə, həmçinin istehsalçı müəssisənin adına, ünvanına və digər məlumatlara diqqət yetirməsi tövsiyə olunur.

"Bununla yanaşı, yeni il hədiyyə qutularını alarkən onun qablaşdırılmasının deformasiya olunmadığına, əzilmədiyinə, korlanmadığına diqqət yetirilməlidir. Eyni zamanda qutuların içərisindəki məhsullar da diqqətdən yayınmamalıdır. Yadda saxlamalıyıq ki, hədiyyə qutularının içərisinə xüsusi saxlanma şəraiti tələb edən, müvafiq temperatur rejiminə riayət edilmədiyi təqdirdə xarab olma ehtimalı yüksək olan yoğurtlar, kremli qənnadı və kəsmik içlikli məmulatlar yerləşdirilməməlidir", - deyə məlumatda bildirilir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Atəşfəşanlıq, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.12.2023
CƏMİYYƏT
FHN Yeni illə əlaqədar əhaliyə xəbərdarlıq edib
Xəbər lenti
0