Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Yekaterinburq və Bakı arasında yeni aviareys açılacaq

© Sputnik / Павел Бедняков"Ural Hava Yolları"nın təyyarəsi
Ural Hava Yollarının təyyarəsi - Sputnik Azərbaycan, 1920, 25.12.2023
Abunə olmaq
Bakı ilə Yekaterinburq arasında birbaşa uçuşlar həftədə üç dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.
BAKI, 25 dekabr — Sputnik. Rusiyanın "Ural Hava Yolları" aviaşirkəti yanvarın 13-dən YekaterinburqBakı arasında birbaşa uçuşlara başlayacaq. Bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Bakı ilə Yekaterinburq arasında birbaşa uçuşlar həftədə üç dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.
Hazırda Yekaterinburqdan Bakıya üç aviadaşıyıcı – "Azərbaycan Hava Yolları" QSC (AZAL) və Rusiyanın "Red Winds""İrAero" aviaşirkətləri uçur.
Həmçinin yanvar ayından etibarən "Ural Hava Yolları" Rusiyanın paytaxtı və Yekaterinburqdan İstanbula birbaşa uçuşlar həyata keçirəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0