CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üç rayonun qaz təchizatında fasilə yaranacaq

© AFP 2023 / INA FASSBENDERQaz plitəsi
Qaz plitəsi - Sputnik Azərbaycan, 1920, 25.12.2023
Abunə olmaq
Ağdam-Hindarx-Ağcabədi" avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar qaz təchizatının dayandırılması planlaşdırılır.
BAKI, 25 dekabr — Sputnik. "Ağdam-Hindarx-Ağcabədi" avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar Ağcabədi, Beyləqan, Füzuli rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, "Ağdam-Hindarx-Ağcabədi" avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar SOCAR-ın "Qaz İxrac" İdarəsinə məxsus "Bərdə-Ağcabədi" yüksək təzyiqli magistral qaz kəmərinin yenidən qurulmuş yol keçidində yeni çəkilmiş yüksək təzyiqli qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı 26.12.2023-cü il saat 08:00-dan etibarən işlər başa çatanadək "Ağcabədi" QPS-dən və 26.12.2023-cü il saat 09:00-dan etibarən isə işlər başa çatanadək "Beyləqan", "Allahyarlı", "Əhmədbəyli", "Horadiz" QPS-lərdən, "AZAQROTAXIL" MMC və "Füzuli-Diaqnostika" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

"Təmir işləri aparılan müddətdə Ağcabədi, Beyləqan, Füzuli rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda qeyd olunur.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0