Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Serbiyanın baş naziri Rusiya kəşfiyyatına təşəkkür etdi

© AFP 2023 / Pedja MilosavljevicSerbiyanın baş naziri Ana Brnabiç, arxiv
Serbiyanın baş naziri Ana Brnabiç, arxiv - Sputnik Azərbaycan, 1920, 25.12.2023
Abunə olmaq
Ölkənin hökumət başçısı bildirib ki, Qərb diplomatları iğtişaşlara hazırlıq haqqında məlumatlı idilər.
BAKI, 25 dekabr — Sputnik. Rusiya kəşfiyyatı Belqradı gözlənilən iğtişaşlarla bağlı əvvəlcədən xəbərdar edib. Bunu Serbiyanın baş naziri Ana Brnabiç deyib.

"Serbiyanın müdafiəsinə qalxan və bizimlə sahib olduğu bütün bu məlumatları paylaşan Rusiya kəşfiyyatçılarına təşəkkür etmək vacibdir", - Serbiya baş naziri deyib.

Brnabiçin sözlərinə görə, bir çox Qərb diplomatları iğtişaşlara hazırlıq haqqında məlumatlı idilər, ancaq kömək etmək istəmədilər:
"Bunun əvəzinə onlar Serbiya hakimiyyətini dezinformasiya yaymaqda ittiham etdilər".
Qeyd edək ki, Belqradın mərkəzində Respublika Seçki Komissiyasının binası yaxınlığında silsilə mitinqlərə başlayan "Serbiya zorakılığa qarşı" müxalifət blokunun tərəfdarları şəhər administrasiyasının binasına basqın etməyə çalışıblar.
Etirazçıların şəhər administrasiyasının binasına daxil olmaq cəhdinə cavab olaraq Belqrad polisi gözyaşardıcı qazdan istifadə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Serbiyada etirazlar - Sputnik Azərbaycan, 1920, 25.12.2023
RUSİYA
Rusiya XİN-dən Belqradda baş verənlərə münasibət
Xəbər lenti
0