Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Ağdamda ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir

© Photo : AZƏRTACAğdamda ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir
Ağdamda ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir - Sputnik Azərbaycan, 1920, 25.12.2023
Abunə olmaq
İclasda 9 məsələ, o cümlədən Qarabağ iqtisadi rayonunda meliorasiya və su təsərrüfatı obyektlərinin bərpası və inkişafı, mövcud mineral xammal yataqlarının vəziyyəti və istifadə perspektivləri müzakirə olunur.
BAKI, 25 dekabr — Sputnik. Ağdam Konfrans Mərkəzində Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir.
Tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin tullantılarn idarə olunması sektorunun müdiri Mehman Nəbiyev, AMEA-nın vitse-prezidenti İradə Hüseynova, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Nərgiz Qaracayeva və digər rəsmilər iştirak edirlər.
İclasda 9 məsələ - Qarabağ iqtisadi rayonunun sosial-iqtisadi inkişafında ekoloji amillərin qiymətləndirilməsi, Qarabağ iqtisadi rayonunun biomüxtəlifliyi, mineral xammal ehtiyatları ve yeraltı suların monitorinqi və təftişi işləri, Ağdam rayonunda su təchizatı sistemləri, Qarabağ iqtisadi rayonunda meliorasiya və su təsərrüfatı obyektlərinin bərpası və inkişafı, mövcud mineral xammal yataqlarının vəziyyəti və istifadə perspektivləri müzakirə olunur.
Həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "yaşıl enerji'nin inkişafı və ekoloji mühitin keyfiyyətinin artırılması, işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə olunması, Qarabağ iqtisadi rayonunda yaranan tikinti-söküntü tullantılarının səmərəli idarə olunması və onlardan xammal kimi təkrar istifadə edilməsi barədə də müzakirələr aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0