Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Neftçi" klubuna yeni gətirilmiş baş məşqçi nə vəd edir?

© Photo : Social media page of FC Neftchi"Neftçi" futbolçuları, arxiv şəkli
Neftçi futbolçuları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.12.2023
Abunə olmaq
Monteneqrolu yeni baş məşqçi qarşıya qoyulan məqsədin çempionatı minimum ikinci bitirmək və kuboku qazanmaq olduğunu bildirib:
BAKI, 24 dekabr - Sputnik. "Neftçi" komandasının baş məşqçisi dəyişib.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, rumıniyalı Adrian Mutu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Onu bu postda Miodraq Bojoviç əvəzləyib. Monteneqrolu mütəxəssislə 1.5 illik (1 il+ 6 ay) sözləşmə imzalanıb.
Qeyd edək ki, Mutu mövsümün əvvəlindən "ağ-qaralar"ın sükanı arxasında idi.
"Neftçi"nin yeni baş məşqçisi Miodroq Bojoviç isə mətbuat konfransında qarşıda duran hədəflərdən danışıb.
""Neftçi" Azərbaycanın ən yaxşı və böyük tarixə malik olan klubudur. Futbolda işləmək asan deyil. Burada hansı hədəflərin olduğunu bilirəm" - Bojoviç deyib.
Monteneqrolu mütəxəssis qarşıya qoyulan məqsədin çempionatı minimum ikinci bitirmək və kuboku qazanmaq olduğunu bildirib:
"Buna nail olmaq üçün yaxşı futbol oynamaq lazımdır. Mən komandaya hələ yeni gəlmişəm. Təbii ki, hər transfer dönəmində komanda güclənməlidir. Yəqin ki, danışıqlar olacaq. Amma bunu rəhbərliklə və idman direktoru ilə danışacağıq. Bu barədə hələ heç nə deyə bilməyəcəyəm".
Xəbər lenti
0