DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Hərbi əməliyyatlardan bezən ukraynalılar qışın gəlməsindən qorxurlar

© AFP 2023 / ANATOLII STEPANOVukraynalılar
ukraynalılar - Sputnik Azərbaycan, 1920, 22.12.2023
Abunə olmaq
Ukraynada vəziyyət Qərbdən gələn yardımın gecikməsi ilə mürəkkəbləşib.
BAKI, 22 dekabr — Sputnik. Ukrayna əhalisi arasında hərbi əməliyyatların səbəb olduğu yorğunluq artır. Ukrayna Silahlı Qüvvələri isə döyüşçü və sursat çatışmazlığı ilə üzləşib. Bu, ölkə hakimiyyətindən narazılığın artmasına səbəb olur.
Almaniyanın "ZDF" telekanalının müxbiri Elis Yunq bu barədə məlumat verib.
"Sursat çatmır, əsgər çatışmır. Çoxları, sadəcə yorulublar. Şikayətlər getdikcə daha ucadan səslənir, insanlar Vladimir Zelenskini getdikcə daha güclü tənqid edir, ona və hökumətə inam sürətlə azalır" – deyə jurnalist bildirib.
Onun sözlərinə görə, Ukrayna sakinləri, həmçinin infrastrukturun dağılması səbəbindən qışda işıqsız və istiliksiz qalmaq təhlükəsi narahat edir.
Yunq qeyd edib ki, ölkədə vəziyyət Qərbdən gələn yardımın gecikməsi ilə mürəkkəbləşib.
Bundan əvvəl Almaniyanın "Focus" jurnalı Ukrayna Silahlı Qüvvələrinin gündəlik əhəmiyyətli itkiləri barədə məlumat yayıb.
Xəbər lenti
0