Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bakıda Yeni il bazarında nə almaq olar

Abunə olmaq
Sputnik Azərbaycan-ın çəkiliş qrupu Bakının ən böyük Yeni il bazarına baş çəkib. Yolkanın və oyuncaqların qiymətləri haqqında daha ətraflı məlumat üçün videomuzu izləyə bilərsiniz.
Sputnik Azərbaycan-ın müxbiri "Sədərək" ticarət mərkəzindəki Yolka bazarı ilə tanış olub.
Burada alıcılar bayram üçün lazım olan hər şeyi tapa bilərlər. Bazar müxtəlif Yeni il hədiyyələrinin çeşidləri ilə hər kəsi heyran edir. Oyuncaqların və dekorasiyaların qiymətləri də müəyyən təəssürat yaradır.
Yolka üçün oyuncaqların qiyməti 1 manat, yolkanın özünün isə qiyməti 1300 manat civarındadır. Ancaq buna baxmayaraq burada qiymətlər şəhər mərkəzindəki mağazalarından daha münasibdir.
Ticarət mərkəzində elə də çox adam yoxdur. Bakı sakinləri Yeni ilə intensiv hazırlıqlara bayram ərəfəsində başlayacaqlar. Bazar yanvarın ilk günlərində bağlanacaq.
Xəbər lenti
0