Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bakıda əfsanəvi Mixaylonun xatirəsi anılıb

© Sputnik / Fidan BilalovaBakıda əfsanəvi Mixaylonun xatirəsi anılıb
Bakıda əfsanəvi Mixaylonun xatirəsi anılıb - Sputnik Azərbaycan, 1920, 22.12.2023
Abunə olmaq
Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 105-ci ildönümü münasibətilə onlarla insan əfsanəvi kəşfiyyatçının Bakıda ucaldılmış abidəsi önünə toplaşıb.
BAKI, 22 dekabr - Sputnik. Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 105-ci ildönümü münasibətilə onlarla insan əfsanəvi kəşfiyyatçının Bakıda ucaldılmış abidəsi önünə toplaşıb. Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov da abidə önünə gül dəstələri qoyub.

"Azərbaycan öz prezidentinin və xalqının müdrikliyi sayəsində öz ərazi bütövlüyünü, dövlət müstəqilliyini və suverenliyini müdafiə və bərpa edib", - deyə rusiyalı diplomat vurğulayıb.

Xatırladaq ki, Mehdi Hüseynzadə (1918-1944) - Böyük Vətən Müharibəsi iştirak etmiş Sovet İttifaqı qəhrəmanıdır.
Əfsanəvi kəşfiyyatçı 1918-ci il dekabrın 22-də Bakının Novxanı kəndində anadan olub. O, Bakı Rəssamlıq Məktəbini bitirib. 1937-ci ildə Leninqrad Xarici Dillər İnstitutuna daxil olub, lakin ailə vəziyyətinə görə təhsilini Azərbaycan Pedaqoji İnstitutunda davam etdirib.
1941-ci ilin avqustunda könüllü olaraq cəbhəyə gedib. Stalinqrad yaxınlığında minaatan taqımına komandirlik edib. 1942-ci ilin avqustunda Mehdi ağır yaralanır və əsir götürülür, sonra isə İtaliyaya aparılır.
1944-cü ilin əvvəlində o, əsirlikdən qaçaraq Yuqoslaviya Xalq Azadlıq Ordusunun sıralarına daxil olur. Orada öz təşəbbüsü ilə düşmən arxasında kəşfiyyatçı kimi fəaliyyət göstərir.
1944-cü ildə əfsanəvi qəhrəman növbəti tapşırıqdan qayıdarkən həlak olub. SSRİ Ali Soveti Rəyasət Heyətinin 11 aprel 1957-ci il tarixli fərmanı ilə Mehdi Hüseynzadəyə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilib. Onun xatirəsinə bir sıra ədəbi əsərlər həsr olunub, şərəfinə küçələr, gəmi və məktəblər də adlandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0