CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda məhkəmə ekspertizası idarələrinin ekspertlərinə hərbi rütbə veriləcək

© Official website of President of Azerbaijan RepublicMəhkəmə zalı, arxiv
Məhkəmə zalı, arxiv - Sputnik Azərbaycan, 1920, 22.12.2023
Abunə olmaq
Bununla yanaşı, məhkəmə-psixiatriya ekspertizası müstəqil ekspertiza olduğu üçün “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun 23-cü maddəsinin ikinci hissəsinə texniki xarakterli dəyişikliyin edilməsi təklif olunur.
BAKI, 22 dekabr-Sputnik. Milli Məclisin iclasında “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişikliyə baxılıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib ki, qanunun 11-ci maddəsinin 15-ci hissəsinə təklif olunan dəyişiklik məhkəmə ekspertizası idarələrinin ekspertlərinə hərbi rütbənin verilməsini, 39-cu maddənin ikinci hissəsinə təklif olunan dəyişiklik hərbi rütbəyə görə pul əlavəsinin ödənilməsini müəyyən edir. Bununla yanaşı, məhkəmə-psixiatriya ekspertizası müstəqil ekspertiza olduğu üçün qanunun 23-cü maddəsinin ikinci hissəsinə texniki xarakterli dəyişikliyin edilməsi təklif olunur.
© Photo : Social media page of Kamal Jafarov Kamal Cəfərov
 Kamal Cəfərov - Sputnik Azərbaycan, 1920, 22.12.2023
Kamal Cəfərov
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Qeyd edək ki, bu qanun Azərbaycan Respublikasında məhkəmə ekspertizası fəaliyyətinin hüquqi, təşkilati əsaslarını və başlıca istiqamətlərini müəyyən edir, məhkəmə ekspertizasının təşkili və aparılması zamanı yaranan ictimai münasibətləri nizamlayır.
Məhkəmə ekspertizası Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyətinə aid olan mülki, cinayət və digər işlər üzrə icraat zamanı həyata keçirilir.
Məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır.
Məhkəmə eksperti - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir.
Məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir.
Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır.
Hazırda məhkəmə ekspertlərinin fəaliyyətinin təşkili üzrə səlahiyyətlər aşağıdakı müvafiq icra hakimiyyəti orqanlarına məxsusdur:
məhkəmə-tibb (məhkəmə-psixiatriya) ekspertizası sahəsində Səhiyyə Nazirliyi;
məhkəmə ekspertizasının digər sahələrində Ədliyyə Nazirliyi;
ilkin və əlavə məhkəmə-daktiloskopik, məhkəmə tibbi-genetik, məhkəmə partlayış-texniki və məhkəmə-ballistik ekspertizaları sahəsində Daxili İşlər Nazirliyi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0