Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

2024-cü ildə səyahət üçün ən təhlükəli və təhlükəsiz ölkələrin reytinqi açıqlanıb

© AFP 2023 / KHALED ZIADYəmən dövlətinə sadiq silahlı şəxs ölkənin qərbində Hodeyda vilayətində binokla baxır, arxiv şəkli
Yəmən dövlətinə sadiq silahlı şəxs ölkənin qərbində Hodeyda vilayətində binokla baxır, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.12.2023
Abunə olmaq
Rusiya iqlim dəyişikliyi məsələlərində təhlükəsiz ölkə adlandırılıb.
BAKI, 22 dekabr — Sputnik. Beynəlxalq "International SOS" şirkəti 2024-cü ildə səyahətçilər üçün ən təhlükəli və təhlükəsiz ölkələrin reytinqini dərc edib. Şirkət hesablamalar apararkən silahlı münaqişələr olan ölkələrdən tutmuş müəyyən ölkələrdəki iqlim vəziyyətinə qədər olan müxtəlif risk faktorlarını nəzərə alır.
Bu varədə Rusiya mediası xəbər verib.
Beynəlxalq "SOS" nöqteyi-nəzərindən ən təhlükəsiz ölkələr Şimali və Mərkəzi Avropa ölkələri, ən təhlükəli ölkələr isə Cənubi Asiya və Afrikanın bir sıra ölkələri olub. Reytinqdəki yerlər bir neçə meyar əsasında qiymətləndirilib.
Belə ki, iqlim təhlükəsizliyi məsələlərində Yəmən, Suriya, İraq, Əfqanıstan və Afrikanın əksər ölkələri anti- topdadır. Ən yaxşıları Avropa ölkələri, BƏƏ və Qazaxıstandır. Rusiya ABŞ, Kanada, Qərbi Avropa və Avstraliya ilə eyni kateqoriyada yerləşir - burada risklər var, lakin onlar son dərəcə aşağıdır.
"International SOS" şirkətinə görə, tibbi xidmətin və sağlamlıq risklərinin qiymətləndirilməsində Rusiya dəyişən riskləri olan ölkələr kateqoriyasındadır. Bu məsələdə ən yaxşı vəziyyət Kanada, ABŞ, Qərbi və Mərkəzi Avropa, Yaponiya və Türkiyədədir. Ən pis vəziyyət isə iqlim məsələlərində olduğu kimi eyni ölkələrdə, eləcə də Əfqanıstan və Şimali Koreyadadır.
Ümumi təhlükəsizlik baxımından Norveç, Finlandiya, Danimarka, İslandiya, Lüksemburq, İsveçrə və Sloveniya lider ölkələr sırasındadırlar. Autsayderlər isə Liviya, Mərkəzi Afrika Respublikası, Cənubi Sudan, Somali, Yəmən, Suriya, İraq, Əfqanıstan və Ukraynadır.
Bütün kateqoriyaları yekunlaşdıraraq, dünyanın ən təhlükəsiz 5 ölkəsi sırasına İslandiya, Lüksemburq, Norveç, İsveçrə və Danimarka daxildir. Ən təhlükəli ölkələr isə Cənubi Sudan, Əfqanıstan, Suriya, Liviya və Somali olub.
Xəbər lenti
0