Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putini dəstəkləmək üçün imzatoplama kampaniyası nə vaxt başlayacaq?

© Sputnik / Валерий Шарифулин / POOL / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 21.12.2023
Abunə olmaq
Putinin seçki qərargahının həmsədri Maryana Lısenko 2024-cü ildə keçiriləcək prezident seçkilərinə namizədliklə bağlı imzaların toplanmasına başlayacaqları tarixi açıqlayıb.
BAKI, 21 dekabr — Sputnik. 2024-cü ildə keçiriləcək prezident seçkilərində özünün namizədi kimi iştirak etmək planlarını elan edən Rusiyanın hazırkı Prezidenti Vladimir Putinə dəstək üçün imzaların toplanması dekabrın 23-dən başlayacaq.
Bu barədə "TASS" Putinin seçki qərargahının həmsədri, 52 saylı Moskva xəstəxanasının baş həkimi Maryana Lısenkoya istinadən xəbər verib.
"Dekabrın 23-dən etibarən imzaların toplanmasına başlayırıq", - deyə baş həkim bildirib.
Bu yaxınlarda Vladimir Putinin seçki qərargahının "Qostinıy Dvor"da işə başladığı bildirilib.
Rusiyada prezident seçkilərində ilk dəfə olaraq onlayn səsvermə sistemi tətbiq ediləcək.
Bu barədə qərar Rusiya Mərkəzi Seçki Komissiyasının iclasında qəbul edilib. Qeyd edilib ki, Moskva daxil olmaqla 30 region bu səsvermədə iştirak edə biləcək.
Seçkilər 2024-cü il martın 17-də keçiriləcək.
Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak üçün Mərkəzi Seçki Komissiyasına sənədləri təqdim edib.
Xəbər lenti
0