Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Türkiyə-Azərbaycan-Gürcüstan hərbçilərinin birgə təlimi başa çatıb

© AR Ministry of DefenceAzərbaycan, Türkiyə, Bolqarıstan və Gürcüstan Silahlı Qüvvələri nümayəndələrinin iştirakı ilə çoxmillətli birgə xüsusi təyinatlı qüvvələrin təlimi keçirilib
Azərbaycan, Türkiyə, Bolqarıstan və Gürcüstan Silahlı Qüvvələri nümayəndələrinin iştirakı ilə çoxmillətli birgə xüsusi təyinatlı qüvvələrin təlimi keçirilib - Sputnik Azərbaycan, 1920, 21.12.2023
Abunə olmaq
Manevrlər bölmələr arasında dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi məqsədilə keçirilib.
BAKI, 21 dekabr — Sputnik. Türkiyə-Azərbaycan-Gürcüstan hərbçilərinin Ankarada keçirilən birgə təlimi başa çatıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə bildirib.
O söyləyib ki, üç ölkənin axtarış və xilasetmə bölmələri hərbi təlimdə iştirak ediblər.
Z.Aktürkün sözlərinə görə, manevrlər bölmələr arasında dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi məqsədilə keçirilib. Təlimlərdə bununla bağlı tapşırıqlar icra olunub.
Xəbər lenti
0