Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada gözlənilən ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəni keçib

© Sputnik / Максим Блинов / Mediabanka keçidMoskva metrosunda yaşlı qadın, arxiv şəkli
Moskva metrosunda yaşlı qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.12.2023
Abunə olmaq
Prezidentin sözlərinə görə, bu, ilk növbədə obyektiv səbəblərlə, o cümlədən Böyük Vətən Müharibəsi illərində və Sovet İttifaqının dağılması ilə yaranmış demoqrafik fəsadlarla bağlıdır.
BAKI, 21 dekabr — Sputnik. 2023-cü ilin 10 ayının sonunda rusiyalılar üçün gözlənilən ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəni keçib və uşaq ölümü də azalır. Bunu Rusiya prezidenti Vladimir Putin Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında deyib.
"Bu ilin 10 ayının nəticələrinə əsasən, Rusiyada gözlənilən ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəni ötüb, ölüm, o cümlədən uşaq ölümü azalır. ", - dövlət başçısı bildirib.
"Hazırda uşaq ölümləri tarixi minimumdadır. Eyni zamanda, biz bunu yaxşı bilirik, indiyədək doğum nisbətinin azalması tendensiyasını dayandırmaq mümkün olmayıb", - Putin qeyd edib.
Prezidentin sözlərinə görə, bu, ilk növbədə obyektiv səbəblərlə, o cümlədən Böyük Vətən Müharibəsi illərində və Sovet İttifaqının dağılması ilə yaranmış demoqrafik fəsadlarla bağlıdır.
Xəbər lenti
0