Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Prezident Şuşada tikinti və bərpa işləri ilə tanış olub - Yenilənib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Şuşada bir sıra obyektlərdə tikinti və bərpa işləri ilə tanış olub
Prezident İlham Əliyev Şuşada bir sıra obyektlərdə tikinti və bərpa işləri ilə tanış olub - Sputnik Azərbaycan, 1920, 21.12.2023
Abunə olmaq
Dövlət başçısı 23 binadan ibarət ilk yeni yaşayış kompleksində və Qarabağ küçəsində aparılan tikinti işləri, "Aşağı Gövhər Ağa" məscidində aparılan bərpa və Daşaltı kənd məscidinin tikinti işləri ilə tanış olub.
BAKI, 21 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verib.
Bildirilib ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Şuşada bir sıra obyektlərdə tikinti və bərpa işləri ilə tanış olub
Prezident İlham Əliyev Şuşada bir sıra obyektlərdə tikinti və bərpa işləri ilə tanış olub - Sputnik Azərbaycan, 1920, 21.12.2023
Prezident İlham Əliyev Şuşada bir sıra obyektlərdə tikinti və bərpa işləri ilə tanış olub
Dövlət başçısı yaşayış kompleksində hazır mənzillərə baxıb.
Məlumat verilib ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Keçmiş məcburi köçkünlərin bu binalara köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılacaq.
Diqqətə çatdırılıb ki, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərinə səfər edib.
O, 23 binadan ibarət ilk yeni yaşayış kompleksində və Qarabağ küçəsində aparılan tikinti işləri, "Aşağı Gövhər Ağa" məscidində aparılan bərpa və Daşaltı kənd məscidinin tikinti işləri ilə tanış olub.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Şuşada bir sıra obyektlərdə tikinti və bərpa işləri ilə tanış olub
Prezident İlham Əliyev Şuşada bir sıra obyektlərdə tikinti və bərpa işləri ilə tanış olub - Sputnik Azərbaycan, 1920, 21.12.2023
Prezident İlham Əliyev Şuşada bir sıra obyektlərdə tikinti və bərpa işləri ilə tanış olub
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 20-də Xocavənd və Xocalı rayonlarına səfər ediblər.
Xəbər lenti
0