Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

DİM-dən şəxsi kabinet yaradan şəxslərə xəbərdarlıq

© Sputnik / Rahim MuradovPandemiya zamanı imtahan
Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 21.12.2023
Abunə olmaq
DİM şəxsi kabinet yaradan şəxslərə tövsiyə edib ki, kabinet yaradarkən orada özlərinə məxsus əlaqə vasitələrini qeyd etsinlər.
BAKI, 21 dekabr — Sputnik. Dövlət İmtahan Mərkəzi imtahan iştirakçılarına xəbərdarlıq edib. Qeyd edilib ki, DİM-in elektron xidmətlərindən istifadə etmək üçün şəxsi kabinet yaratmaq tələb olunur. Müşahidələr göstərir ki, bir çox şəxslər kabineti özləri yaratmır və bunun üçün başqalarına müraciət edirlər. Həmin şəxslər də kabinet yaradan zaman kabinetin əlaqə məlumatları (telefon nömrəsi və e-mail ünvanı) hissəsinə öz məlumatlarını daxil edirlər. Bu isə gələcəkdə müəyyən problemlər yaradır.
Belə ki, bəzi hallarda Dövlət İmtahan Mərkəzi tərəfindən imtahan iştirakçılarının şəxsi kabinetlərində olan əlaqə nömrəsinə sms vasitəsilə bildiriş göndərilir. Bildiriş şəxsi kabineti yaradan şəxsin nömrəsinə getdiyi üçün imtahan iştirakçısının bildiriş barədə məlumatı olmur. Bundan əlavə, bir sıra hallarda DİM tərəfindən imtahan iştirakçısı ilə əlaqə saxlamaq lazım olur. Ancaq şəxsi kabinetdə olan nömrənin sahibi həmin şəxsi tanımadığını bildirir.
"Şəxsi kabinet yaradan şəxslərə tövsiyə edirik ki, kabinet yaradarkən orada özlərinə məxsus əlaqə vasitələrini qeyd etsinlər. Bu vaxta kimi şəxsi kabinet yaratmış və orada başqa şəxsə məxsus əlaqə məlumatları qeyd olunmuş şəxslərə də tövsiyə edirik ki, şəxsi kabinetlərinə daxil olub, əlaqə vasitələrini dəyişsinlər. Bunun üçün şəxsi kabinetdə "əlaqə məlumatları" hissəsində özünüzə məxsus məlumatları qeyd edirsiniz. Bundan sonra qeyd etdiyiniz nömrəyə sms-lə kod göndərilir. Həmin kodu müavfiq sahəyə daxil edib, əlaqə məlumatlarınızı yadda saxlayırsınız" - DİM-in məlumatında deyilir.
Xəbər lenti
0