DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zelenski Ukrayna və İsrailə göndərilən yardımı müqayisə edərək narazılığını bildirib

© Ukrainian Presidential Press Office via APUkrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.04.2024
Abunə olmaq
Ukrayna liderinə Qərbin artıq bu ölkəyə hərbi və humanitar yardım üçün milyardlar xərclədiyini xatırladıblar.
BAKI, 22 aprel — Sputnik. Ukrayna Prezidenti Volodimir Zelenskinin Qərbin onun ölkəsini İsraildən daha az dəstəkləməsi ilə bağlı şikayətləri kobud səslənib. Bu barədə Rusiya mediası "Asia Times" qəzetinə istinadən xəbər verib.
"Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Qərb müttəfiqlərindən İsrailin aldığından daha az hərbi dəstək aldığını ötən həftə açıq şəkildə şikayət edərək bildirib" – materialda qeyd edilib.
İki ölkə arasında dəstək səviyyəsini müqayisə edən Zelenskinin sözlərinə görə, İsrail NATO üzvü olmadan belə yardım alıb.
Qeyd olunur ki, sponsorlara edilən müraciət həddindən artıq emosional olub. Ukrayna prezidenti əlavə edib ki, ölkənin müttəfiqlərinin cəsarətli hərəkətlərinə ehtiyacı var.
"Bir tərəfdən, Qərbin Ukraynaya hərbi və humanitar yardıma milyardlarla vəsait xərclədiyini nəzərə alsaq, Zelenskinin tonu kobud görünüb" - "Asia Times" yazır.
ABŞ Konqresinin Nümayəndələr Palatası Kiyevə yeni hərbi yardım paketini təsdiqlədikdən sonra Volodimir Zelenski bu barədə danışıb. O bildirib ki, əgər ABŞ tərəfindən yardım gec çatdırılarsa, Ukrayna itkilərlə üzləşəcək.
ABŞ-ın sabiq kəşfiyyatçısı Skott Ritter Volodimir Zelenskinin "X" sosial şəbəkəsindəki müraciətinə cavab olaraq bildirib ki, Kiyev daha çox ukraynalını məhv etmək üçün ABŞ-ın köməyindən istifadə etməyi planlaşdırır.
"Bloomberg" müşahidəçiləri isə belə bir fikir bölüşüblər ki, ABŞ-ın 61 milyard dollarlıq yeni yardım paketi çox güman ki, döyüş meydanındakı vəziyyəti dəyişməyə kömək etməyəcək.
"ABŞ-ın 60 milyard dollardan çox məbləğdə yardımı təsdiqləməsi mühasirədə olan Ukrayna ordusu üçün xilasetmə dairəsinə çevrilib, ancaq çətin ki, bu, müharibənin gedişatını dəyişdirə bilsin" - "Bloomberg" qeyd edib.
"Financial Times" nəşri də yazıb ki, ABŞ-dan 61 milyard dollarlıq yeni yardım paketi Ukraynanın acınacaqlı vəziyyətini yaxşılaşdırmayacaq.
20.04.24, 23:15
Zelenski Rusiyanın silah baxımından Ukraynadan üstünlüyünü etiraf edib
Rusiya Federasiyası Ukrayna münaqişəsində silah baxımından Kiyevdən böyük üstünlüyə malikdir.
Ukrayna lideri Vladimir Zelenski bu barədə braziliyalı jurnalistlərə müsahibəsində bildirib. Video onun “Telegram” kanalında yayımlanıb.
“Rusiyalıların bu gün bizim hərbçilərimizin əlində olduğundan daha çox silahları var”, - o, qeyd edib.
Zelenski, həmçinin əlavə edib ki, Rusiyanın silah sahəsindəki üstünlüyü hazırda Ukrayna Silahlı Qüvvələri üçün çətin məqamdır.
Bundan əlavə, o, əlavə edib ki, ukraynalılar Rusiya Federasiyası ilə münaqişədən yorulublar, lakin onlar Ukrayna Silahlı Qüvvələrinə inanırlar.
Bundan əvvəl də Vladimir Zelenski Rusiya Silahlı Qüvvələrinin irəliləyişini etiraf edib və silah çatışmazlığından şikayətlənib. Ukrayna prezidenti qeyd edib ki, Rusiya ordusu, demək olar ki, hər şeydə öz gücünü hiss edir.
Xəbər lenti
0