Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Şoyqu Qarabağdakı sülhməramlılara tapşırıq verib

© Sputnik / Пресс-служба Минобороны РФ / Mediabanka keçidRusiyanın Müdafiə Naziri Sergey Şoyqu, arxiv
Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu, arxiv - Sputnik Azərbaycan, 1920, 19.12.2023
Abunə olmaq
Nazir Rusiya hərbi kontingentinə dəyişmiş şəraitdə Suriya və Qarabağda sülhün və sabitliyin qorunmasını təmin etməyi tapşırıb.
BAKI, 19 dekabr — Sputnik. Rusiya qoşun qrupları Suriya və Qarabağda sülhün qorunmasının əsas təminatçısı olaraq qalır. Bunu Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında deyib.
Nazir Rusiya hərbi kontingentinə dəyişmiş şəraitdə Suriya və Qarabağda sülhün və sabitliyin qorunmasını təmin etməyi tapşırıb.
Qeyd edək ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı imzalanıb.
Bəyanata əsasən, keçmiş münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0