Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda yaşayış binasında yanğında üç nəfər təxliyə edilib - Video

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, arxiv
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, arxiv  - Sputnik Azərbaycan, 1920, 19.12.2023
Abunə olmaq
FHN-dən bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
BAKI, 19 dekabr — Sputnik. Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Sputnik Azərbaycan FHN-ə istinadən xəbər verir ki, yaşayış binasının 17-ci mərtəbəsində ümumi sahəsi 400 m² olan 16 otaqlı mənzilin mətbəxində 3 ədəd paltaryuyan, 0,5 m² sahədə mətbəx mebeli və 1 m² sahədə yataq dəsti yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0