Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanla-Rusiya humanitar və mədəni əlaqələri müzakirə olunub

© Photo : MFA AzerbaijanCeyhun Bayramov Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb
Ceyhun Bayramov Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 19.12.2023
Abunə olmaq
Ceyhun Bayramov Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.
BAKI, 19 dekabr - Sputnik. Dekabrın 19-da xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib. Bu barədə XİN məlumat yayıb.
Bildirilir ki, görüşdə Azərbaycanla Rusiya arasında humanitar və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.
Xüsusi nümayəndə Mixayıl Şvıdkoy bu il qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Rusiyada keçirilən tədbirlər barədə məlumat verib, növbəti ildə də mədəniyyət və humanitar sahələrdə iki ölkə arasında birgə tədbirlərin həyata keçirilməsi istiqamətində dəstək verməyə hazır olduğunu bildirib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan XİN rəhbərinin İƏT-in Baş katibinin xüsusi nümayəndəsi ilə görüşü - Sputnik Azərbaycan, 1920, 19.12.2023
SİYASƏT
Bayramov İƏT rəsmisi ilə Əfqanıstanda sülh və sabitliyi müzakirə edib
Xəbər lenti
0