Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Məktəblərdə tibb məntəqələrini kim təşkil etməlidir?

© Sputnik / Sergey Krasnouhov / Mediabanka keçidTibb otağı
Tibb otağı - Sputnik Azərbaycan, 1920, 18.12.2023
Abunə olmaq
TƏBİB-dən verilən məlumata görə, 195 saylı məktəbə tibb işçisinin təyin edilməsi üçün məktəbdən rəsmi müraciət daxil olmayıb.
BAKI, 18 dekabr — Sputnik. Qızılcanın məktəblərdə geniş yayılması təhsil müəssisələrində tibb məntəqələrinin necə fəaliyyət göstərdiyini gündəmə gətirib. Bəzi məktəblərdə tibb məntəqəsi olsa da, ilkin tibbi yardım üçün ya lazımi tibbi avadanlıq yoxdur, yaxud da tibb işçisi çatışmır.
Məktəblər tibb bacısız qalıb
Bu günlərdə qızılcanın geniş yayıldığı Qobustan qəsəbəsi 195 saylı məktəbin müəllimləri də sözügedən problemdən şikayətlənmişdi. Məktəbin ibtidai sinif müəllimi Aynur Cavid Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəbin tibb məntəqəsi yoxdur. Buna görə də, şagirdlərin tibbi vəziyyətini müəyyən etmək mümkün olmur. Nəticədə, yoluxmuş bir uşaq məktəbə gələndə, digərləri arasında da qızılca virusu sürətlə yayılır.
Məktəbin direktoru Laçın Hüseynli də bildirib ki, məktəb üçnövbəli olsa da, tibb məntəqəsi fəaliyyət göstərmir. Onun sözlərinə görə, tədris ili öncəsi bunun üçün rayon GEM-inə müraciət etsələr də, yerli tibb müəssisəsi tərəfindən təyinat olmayıb.
Вакцинация сотрудников отельной индустрии в Азербайджане - Sputnik Azərbaycan, 1920, 15.12.2023
TƏBİB
TƏBİB-dən isə bildirildi ki, məktəblərdə tibb məntəqələrinə tibb bacısı və həkim birdəfəlik təhkim edilən zaman məktəbdə təhsil alan uşaq sayı və ərazi üzrə tibb müəssisələrinin ştatları nəzərə alınır. 195 saylı məktəbə tibb işçisinin təyin edilməsi üçün isə məktəbdən rəsmi müraciət daxil olmayıb.
Məktəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, təhsil müəssisələrinə təyin olunan tibb bacısı və həkimin işinə ərazi üzrə polikilinikalar nəzərət edir.
Qeyd edək ki, sözügedən məktəbin IV sinif şagirdi Rinad Cahangirli qızılcadan dünyasını dəyişib.

Təhsil müəssisələrində tibb məntəqələri necə təşkil olunur?

Bəs görəsən məktəblərdə tibb məntəqələrini kim təşkil etməlidir?
Elm və Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirildi ki, bu məsələ "Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 218 nömrəli qərarı ilə tənzimlənir. Belə ki, sözügedən qərara görə, bütün təhsil müəssisələrində iaşə və tibb xidməti sanitariya norma və qaydalarına uyğun təşkil olunmalıdır. Təhsil müəssisələrinin rəhbərləri isə bu qaydaların tələblərinə əməl edilməsinə görə məsuliyyət daşıyırlar.
© AR Ministry of EducationAzərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi - Sputnik Azərbaycan, 1920, 15.12.2023
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
"Mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrində təhsilalanlar ərazi və ya tələbə poliklinikaları tərəfindən tibb xidməti ilə təmin edilirlər. Təhsil müəssisələrində təhsilalanlara ambulator tibb xidmətinin təşkili üçün həkim və ya tibb məntəqəsi yaradıla bilər. Hər bir təhsil müəssisəsi tərəfindən tibb xidmətinin təşkili üçün müvafiq sayda otaqlar və avadanlıqlar ayrılır. Təhsil müəssisələrində tibb xidməti təhsil müəssisəsinin iş qrafikinə uyğun şəkildə təşkil edilməlidir. Təhsilalanların profilaktik müayinəsi, immunoprofilaktika proqramları çərçivəsində profilaktik peyvəndlərin edilməsi təhsil müəssisələrinin rəhbərliyi ilə əvvəlcədən razılaşdırılmış qrafik üzrə aparılır", - sorğumuza cavabda bildirildi.
Qeyd edək ki, NK-nın müvafiq qərarı ilə təhsil müəssisəsinə xidməti təşkil edən tibb işçilərinin əsas vəzifələri də müəyyənləşib. Onlar təhsilalanların profilaktik müayinəsini aparmaq və profilaktik peyvəndlər etməli, pedaqoji kollektivlə birlikdə uşaqları və valideynləri sanitariya-gigiyena, sağlam həyat tərzi, reproduktiv sağlamlıq və digər səhiyyə məsələləri üzrə maarifləndirmə aparmalıdırlar. Eyni zamanda uşaqları fiziki inkişaf dərəcəsinə görə bədən tərbiyəsi üzrə tibbi qruplara bölməli, fiziki tərbiyənin effektivliyinin təhlilini aparmaq, fiziki tərbiyənin aparılmasına nəzarət etməlidirlər. Təhsil müəssisəsinin, o cümlədən qida blokunun sanitariya-gigiyena və əksepidemik rejiminə, işçilərin vaxtlı-vaxtında tibbi müayinədən keçməsinə, risk qrupundan olan uşaqların fərdi qidalanmasının təşkilinə də gündəlik nəzarət etməlidirlər. Belə ki, onlar menyunun təşkilində iştirak etməli, dərs cədvəlinin təşkili zamanı tövsiyələr verməlidirlər.
Xəbər lenti
0