Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Azərbaycanda peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin sayı açıqlanıb

© Sputnik / Irade JELILTicarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin tələbələri
Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin tələbələri - Sputnik Azərbaycan, 1920, 18.12.2023
Abunə olmaq
Peşə təmayüllü siniflər 2023-2024-cü tədris ilindən ölkə üzrə 196 məktəbdə 232 sinif olmaqla 4178 şagirdi əhatə edir.
BAKI, 18 dekabr — Sputnik. Azərbaycanda 4178 şagird peşə təmayüllü təhsil alır.
Bu barədə "Peşə təmayüllü siniflər" layihəsinin hesabat görüşündə məlumat verilib.
Bildirilib ki, peşə təmayüllü siniflər 2023-2024-cü tədris ilindən ölkə üzrə 196 məktəbdə 232 sinif olmaqla 4178 şagirdi əhatə edir.
Qeyd edilib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən, 2026-cı ilə qədər ümumi təhsildə peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərin xüsusi çəkisinin 15%-ə çatması planlaşdırılıb.
Xəbər lenti
0