Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

HHQ-nin helikopter cütlükləri bölmələrin havadan daşınması təlimini icra ediblər

© AR Ministry of DefenceHHQ-də NATO-nun qiymətləndirmə təlimi keçirilib
HHQ-də NATO-nun qiymətləndirmə təlimi keçirilib - Sputnik Azərbaycan, 1920, 16.12.2023
Abunə olmaq
Təlim Hərbi Hava Qüvvələrinin (HHQ) "N" hərbi hissəsində 2023-cü ilin təsdiq olunmuş fəaliyyətlər planına əsasən təşkil olunub.
BAKI, 16 dekabr - Sputnik. Hərbi Hava Qüvvələrinin (HHQ) "N" hərbi hissəsində 2023-cü ilin təsdiq olunmuş fəaliyyətlər planına əsasən Mi-17-1V helikopter cütlüyünün "2- ci səviyyəli özünüqiymətləndirmə (SEL-2) təlimi" keçirilib. Bu barədə Müdafiə nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, əvvəlcə iştirakçılara təlimin ssenarisi, gedişatı, təhlükəsizlik qaydaları və qiymətləndirmə haqqında brifinq təqdim edilib, qarşıda duran məqsədlər izah olunub.
Təlimdə Mi-17-1V helikopter cütlüyünün və aidiyyəti bölmələrin havadan daşınma (yük və qoşunların daşınması, yaralıların təxliyəsi) imkan və qabiliyyətlərini icra etməsi yoxlanılıb və yüksək qiymətləndirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0