DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp Baydeni ABŞ-ın ən korrupsioner prezidenti adlandırıb

© AP Photo / Andrew HarnikDonald Tramp, arxiv şəkli
Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.12.2023
Abunə olmaq
Bayden rəqiblərinin hərəkətlərini "yalanlara əsaslanan hücum", istintaqı isə qanunvericilərin vaxt itirdiyi "əsassız siyasi hiylə" adlandırıb.
BAKI, 15 dekabr — Sputnik. Co Bayden tarixdə ən korrupsiyalaşmış Amerika lideridir.
Bunu ABŞ-ın keçmiş Prezidenti Donald Tramp bildirib.
Tramp Ayova ştatında tərəfdarlarının mitinqində deyib: "Co Bayden aşağı intellektə malik adamdır. O, ABŞ tarixindəki ən pis, ən bacarıqsız və ən korrupsioner prezidentdir".
Nümayəndələr Palatasının spikeri Mayk Conson daha əvvəl bəyan etmişdi ki, ifadələr və sənədlər Bayden ailəsinin üzvlərinə əcnəbilərdən milyonlarla dolların axdığını, habelə prezidentin ailəsinin xarici müştəriləri ilə qarşılıqlı əlaqəsini göstərir. O, Nümayəndələr Palatasının Baydenə qarşı impiçment prosesi çərçivəsində əlavə araşdırmaya icazə verən qətnamənin qəbulunu belə şərh edib.
Bayden rəqiblərinin hərəkətlərini "yalanlara əsaslanan hücum", istintaqı isə qanunvericilərin vaxt itirdiyi "əsassız siyasi hiylə" adlandırıb.
Xəbər lenti
0