Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Günəşdəki güclü partlayışdan sonra Yerə maqnit qasırğası yaxınlaşır

© iStock.com / PitrisKosmos
Kosmos - Sputnik Azərbaycan, 1920, 15.12.2023
Abunə olmaq
Sankt-Peterburq İZMİRAN Maqnit-İonosfer Rəsədxanasının mütəxəssislərinin fikrincə, tezliklə planeti 9 ballıq şkala üzrə gücü 7 bal olan maqnit qasırğası öz təsiri altına ala bilər.
BAKI, 15 dekabr — Sputnik. Cümə axşamı, dekabrın 14-də Günəşdə son altı ildə ən güclü partlayış baş verib. Partlayışın gücü X3 olub. Qeyd edək ki, X ən yüksək dərəcələrdən biri deməkdir.
"Kp.ru" bu barədə xəbər verib.
Sankt-Peterburqun İZMİRAN Maqnit-İonosfer Rəsədxanasının mütəxəssislərinin fikrincə, tezliklə planeti 9 ballıq şkala üzrə gücü 7 bal olan maqnit qasırğası öz təsiri altına ala bilər. Fırtınanın dekabrın 16 və ya 17-də baş verəcəyi gözlənilir.
Bununla belə, mütəxəssislər fövqəltəbii heç nəyin baş verməyəcəyinə əmindirlər. Oxşar fırtınalar artıq Yer kürəsində günəş partlayışlarından sonra baş verib. Məsələn, dekabrın 1-də günortadan sonra Yer kürəsində G3 səviyyəli güclü maqnit qasırğası başlayıb. Həkimlər adi gündəlik iş rejiminə əməl etməyi məsləhət görürlər.
Həmçinin, daha əvvəl Yeni il ərəfəsində Yer kürəsini maqnit qasırğasının bürüyəcəyi bildirilmişdi. Ekspertlərin fikrincə, o dekabrın 31-də başlayacaq.
Xəbər lenti
0